Putin Yaponiyaya gedib

Putin Yaponiyaya gedib
 
Rusiya prezidenti Vladimir Putin Yaponiyaya səfər edib.
Sfera.az xəbər verir ki, prezident artıq Yaponiyadadır.
Prezident təyyarəsi Yamaquti əyalətinin Ube hava limanında yerə enib. Putin hava limanından Naqato şəhərinin "Otani Sanso" otelinə yollanacaq.
Putinin 3 saat gecikdiyi bildirilir.
Bir müddət əvvəl xəbər verilmişdi ki, Putinin Yaponiya hökumətinin başçısı Sindzo Abe ilə görüşü təyin edilmiş vaxtdan iki saat sonraya keçirilib. Buna səbəb isə Rusiya prezidentinin səfərinin bir neçə saat təxirə salınması göstərilmişdi.


OXŞAR XƏBƏRLƏR