Ac qalmaq bu xəstəliklərə SƏBƏB OLUR – ARAŞDIRMA

Ac qalmaq bu xəstəliklərə SƏBƏB OLUR – ARAŞDIRMA

Bəzi insanlar arıqlamaq üçün nəinki saatlar, günlərlə ac qalırlar. Lakin uzun müddət ac qalmaq orqanizmdə ciddi fəsadlara səbəb ola bilir.

 

Sfera.az xəbər verir ki, qeyri-düzgün qidalanma insanın iş qabiliyyətini və orqanizmin müdafiə gücünü azaldır. Həmçinin orqanizmdə maddələr mübadiləsini pozur, insanın vaxtından əvvəl qocalmasına, o cümlədən infeksion xəstəliklərin yarnmasına səbəb olur.

 

Həddindən artıq qidalanma isə insanda ateroskloz, piylənmə, podaqra, şəkərli diabet, poliosteortaz, ürək və qan-damar sitemi xəstəliklərinin əmələ gəlməsinə təkan verir. Az qidalanma və aclıq qida çatışmazlığından qaynaqlanan xəstəliklərin yaranmasına səbəb olur. Məhz bu baxımdan rasional qidalanma qaydalarına əməl etmək çox vacibdir.

 

Rasional qidalanma dedikdə insanın normal həyat fəaliyyətini, yüksək iş qabiliyyətini və ətraf mühitə qarşı müqavimətini tənzimləyən qidalanma nəzərdə tutulur və bir çox xəstəliklərin qarşısının alınmasında da böyük rol oynayır. Bu qidalanma orqanizmi zəruri olan maddələr və enerji ilə təmin edir.

 

Gün ərzində qidalanma ilə yanaşı, çox su içmək də olduqca faydalıdır. İçməli su maddələr mübadiləsini 30 faizə qədər sürətləndirir.

 

Ülkər Abdurahmanlı

 


OXŞAR XƏBƏRLƏR