Azərbaycan və Qazaxıstan hərbi kəşfiyyata dair saziş bağlamağı PLANLAŞDIRIR

Azərbaycan və Qazaxıstan hərbi kəşfiyyata dair saziş bağlamağı PLANLAŞDIRIR

Azərbaycan və Qazaxıstan terror və ekstremist təşkilatlar haqqında hərbi kəşfiyyat məlumatlarının mübadiləsini həyata keçirməyi planlaşdırır.

 

Sfera.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan və Azərbaycan arasında müdafiə sahəsində hərbi kəşfiyyata dair əməkdaşlıq haqqında saziş layihəsinin müzakirəsi avqustun 6-dək davam edəcək.

 

Layihəyə əsasən, tərəflər, həmçinin müdafiə nazirliklərinin şəxsi heyəti üçün birgə döyüş hazırlığı tədbirləri keçirmək niyyətindədirlər.

 

“Mübahisə və fikir ayrılıqları heç bir milli, beynəlxalq məhkəmə və ya üçüncü tərəfə təqdim edilmədən ikitərəfli danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir”, - saziş layihəsində bildirilib.

 

Hərbi kəşfiyyata dair saziş 5 il müddətinə bağlanır.

 

Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci il avqustun 27-də qurulub.

 

İkitərəfli müqavilə-hüquq bazasına əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 70-ə yaxın sənəd daxildir.

 

Hər iki ölkə BMT, MDB, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir.


OXŞAR XƏBƏRLƏR

İnsan DNT-si sıfırdan yaradılır: Laboratoriyada “insan istehsalı” başlayır

Böyük Britaniyada insan DNT-sini sıfırdan yaratmağa yönələn yeni və mübahisəli layihəyə start verilib. Dünyanın ən böyük tibbi yardım təşkilatlarından biri olan...

İsrailin müdafiə naziri: Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik

İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.   Sfera....

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər...

“Amerikaya sərt zərbə endirdik” - Ayətullah Xamenei

İranın ali dini lideri Ayətullah Əli Xamenei, İsraillə əldə olunan atəşkəsdən sonra çıxış edərək ABŞ-nin bu müharibədən heç nə qazanmadığını, İranın isə bölgədə...

Toyu üçün Venesiya şəhərini bağlatdırdı

"Amazon"un qurucusu Ceff Bezos jurnalist nişanlısı Lauren Sançezlə bu gün ailə quracaq.   Sfera.az xəbər verir ki, İtaliyanın Ven...

Vladimir Putin Belarusa səfər etdi

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib.   Sfera.az xəbər verir ki, Putinin təyyarəsi Minsk hava limanına enib.   Kreml...