DİN: İyulun 23-də 15 tüfəng təhvil götürülüb

DİN: İyulun 23-də 15 tüfəng təhvil götürülüb

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, iyulun 23-də polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 8 tüfəng təhvil götürüblər.

 

Həmin gün polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan daha 7 tüfəng aşkarlanaraq götürülüb.

 

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir.

 

Firuzə Əliyeva

 

 


OXŞAR XƏBƏRLƏR