"Bu namərd dəeləbil gücünü sınıyır,rinqə çıxıb, erməni döyür"


"Bu namərd dəeləbil gücünü sınıyır,rinqə çıxıb, erməni döyür"

"İnanın mənə bu xəbəri görəndə nə qədər məyus oldum, onu bir Allah bilir. O boyda dahi, hörmətli sənətkarımıza bu formada, rəsmən işgəncə verirdi. Elə bil düşməndir, yerə yıxıb amansızca zərbələr endirirdi. Hələ qıraqdan baxan, biganə "insancıqlar"... Belə də Allahdan, dindən, müsəlmançılıqdan danışırıq, baxın, o videoda harada gördünüz insanlığı?".

 

Sfera.az xəbər verir ki, bunu müğənni Xatun Əliyeva Xalq artisti Ağadadaş Ağayevin dava edərkən yayılan videosuna münasibət bildirərkən yazıb. O, sənətçiyə qarşı edilən hərəkəti qınayıb:

 

3 il Ağadadaş müəllimin yanında çalışmışam. O hər zaman ali cənab, yüksək mədəniyyətli, ağıllı, savadlı, insanlara ehtiyatla yanaşan, çox dəyərli, sevilən insan olub. 45 ilin sənətkarına bu rəvadır? Elə bil hamı onun məhvinə imza atıb.

 

Gələk indi o qafilə, amansız, vəhşi insana... Siz aydın aşkar görmürsünüz ki, bu hərəkətləri edən biri sənətkara qanına toxunan elə söz-ifadələr işlədib ki, Ağadadaş müəllim də ağrısına, acısına, xəstəliyinə rəğmən bir kişi xeylağı olaraq aydınlaşdırmağa gəlib. Bu namərd də elə bil gücünü sınıyır, rinqə çıxıb, erməni döyür. Kişini döyməyi bəs deyil, bir də gedib "işverənlik" də edib, polisə ərizə yazır. Həm günahkar, həm güclü. 

 

Bütün məşhurlara səslənirəm, heç nədən baxın, belə bir hadisə baş verdi. Hər hansımıza bu hörmətsizlik oluna bilər. Ağadadaş müəllim elə-belə sənətkar deyil. Səhhətinə, xəstəliyinə, 45 illik sənətkarlığına acımıyanlar bizə nələr edərlər. Bu gün haqq səsimizi ucaltmalıyıq, unutmuyun ki, gözü dönmüş paxıl, tərbiyəsiz, gerizəkalı insan sən haqlı ikən haqsız duruma salıb bax belə ifşa edər!

 

Başqa millətlər itlərini övəndə, biz aslanımızı nə günə qoyduq. Ağadadaş müəllim, sizi çox sevirəm, siz mənim ən sevdiyim sənətkarsınız, dəyərlisiz, çox kədərliyəm, heç yerə-göyə sığmıram. Keçmiş olsun. Məşhurlar bir olaq, unutmayaq ki, hər yerdə kamera və namərdlər var".

 

Qeyd edək ki, məsələ ilə bağlı cinayət işi açılıb. Münaqişə tərəfləri — N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. 


OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir

Azərbaycan Mərkəzi Bankı (AMB) “K Group” MMC-yə qarşı tədbir görüb.    Sfera.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. &nbs...

TikTok yaradıcıları - Onlar poeziyanı təbliğ edir

TikTok müasir dövrün ən nəhəng rəqəmsal platformalarından birinə çevrilib və burada yalnız əyləncəli videolarla deyil, həm də ədəbi dəyərləri yaşadaraq izləyici...

ABB Sahibkarlar Gününü müştərilərlə qeyd etdi

ABB 25 Aprel Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri üçün tədbir keçirib. Tədbirdə Bankın 50-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştir...

Avropada enerji böhranı - Bu iki ölkə işıqsız qaldı - FOTOLAR

İspaniya və Portuqaliyanın böyük hissəsində baş verən elektrik kəsintisi nəticəsində telekommunikasiya şəbəkələri çöküb, metro və nəqliyyatda ciddi nasazlıqlar ...

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...