COVİD-19 qız uşaqlarında cinsi yetişkənliyi sürətləndirib

COVİD-19 qız uşaqlarında cinsi yetişkənliyi sürətləndirib

İtaliyada aparılan bir tədqiqat COVID-19 pandemiyasının qız uşaqlarında cinsi yetişkənliyi sürətləndirdiyini üzə çıxarıb.

 

Sfera.az xəbər verir ki, bu barədə “Journal of the Endocrine Society” jurnalında məqalə dərc edilib.

 

Tədqiqatçılar 8 yaşından əvvəl süd vəzi böyüməsi və boy artımı kimi yetişkənlik əlamətləri göstərən qızların fizioloji göstəricilərini təhlil ediblər. Məlum olub ki, pandemiyadan əvvəl erkən cinsi yetişkənlik diaqnozu qoyulan qızların faiz nisbəti 41,1 % olduğu halda, pandemiyadan sonra bu rəqəm 53,5 %-ə çatıb.

 

Tədqiqatçılar passiv həyat tərzinin cinsi yetişkənliyi sürətləndirdiyi qənaətinə gəliblər.

 

Asya

 

 


OXŞAR XƏBƏRLƏR