AQTA 113 aptekdə nöqsanlar AŞKARLANDI

AQTA 113 aptekdə nöqsanlar AŞKARLANDI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu ilin yanvar-iyun ayları ərzində ümumilikdə 154 aptekdə yoxlama keçirib.

 

Bu barədə Sfera.az-a AQTA-dan məlumat verilib.

 

Qeyd olunub ki, aparılan yoxlamalar zamanı xüsusi təyinatlı qida məhsulları (uşaq qidaları, diyetik qidalar və digər), təbii mineral sular və bioloji aktiv qida məhsullarının satışı həyata keçirilən apteklərdə bir sıra uyğunsuzluqlar aşkar edilib:

 

- 102 aptekdə sanitar norma və qaydalara əməl edilməməsi;
- 3 aptekin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi;
- 4 aptekdə ümumilikdə 5 adda 18 məhsulun idxal sağlamlıq aktının mövcud olmaması;
- 5 aptekdə ümumilikdə 8 adda 44 məhsulun üzərində müalicəvi xüsusiyyətlərə malik olması barədə məlumatların əks olunması;
- 9 aptekdə ümumilikdə 15 adda 32 məhsulun üzərində Azərbaycan dilində məlumatların əks olunmaması;
- 7 aptekdə ümumilikdə 18 adda yararlılıq müddəti bitmiş 32 bioloji aktiv qida məhsulunun satışı;
- 4 aptekdə ümumilikdə 4 adda 9 məhsulun istifadə qaydası və dozasının müvafiq rəyə və istifadənin yaş həddinə uyğun göstərilməməsi;
- 1 aptekdə 1 adda məhsulun içlik vərəqində, 1 aptekdə isə 2 adda 21 məhsulun qablaşdırmasında göstərilən yararlılıq müddətinin uyğun göstərilməməsi;
- 2 aptekdə ümumilikdə 2 adda 5 dərman vasitəsinin bioloji aktiv qida məhsulu kimi satışa təqdim edilməsi;
- 4 aptekdə ümumilikdə 47 adda 53 bioloji aktiv qida məhsulunun üzərində dərman vasitələrinə vurulan “Nəzarət markası" ilə markalanması və digər nöqsanlar.

 

Agentlik tərəfindən həyata keçirilən tədbirlərlə ümumilikdə 113 aptekdə nöqsan aşkar edilib ki, onlardan 17-də məhsul satışının dayandırılması, 14-də məhsul satışının qadağan edilməsi, 3-də məhsulun dövriyyədən çıxarılması, 24-də iş personalının işdən kənarlaşdırılması və 1-də isə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərarlar verilib, həmçinin sözügedən müəssisələrin məsul şəxsləri barəsində inzibati tənbeh tədbiri görülüb. 41 aptekdə isə hər hansı uyğunsuzluq aşkar edilmədiyi üçün nəticə qənaətbəxş hesab olunub.

 

Həmçinin, cari dövr ərzində apteklərdə keçirilən monitorinqlər zamanı 39 aptekdə bioloji aktiv qida məhsullarının onlar üçün ayrılan rəf və dolablarda dərman vasitələrindən ayrı saxlanılmadığı, həmin rəf və dolabların üzərində “Bioloji aktiv qida məhsulları” sözləri, onun alt hissəsində isə “Dərman vasitəsi deyildir” sözlərinin qeyd olunmadığı, 9-da Azərbaycan dilində markalanması olmayan və 1-də isə yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulları aşkar edilib.

 

Görülmüş tədbirlər çərçivəsində tələblərə uyğun olmayan məhsullar satışdan kənarlaşdırılıb, aptek rəhbərlərinə icrası məcburi göstərişlər verilib və qanunvericiliyin tələbləri bir daha izah olunub. Bundan başqa, 1 aptekdə bioloji aktiv qida məhsullarının həkim reseptinə yazılması faktı aşkar edilib ki, bununla bağlı müvafiq tədbir görülməsi üçün zəruri məlumatlar aidiyyəti üzrə göndərilib.

 

Qeyd edək ki, Agentlik tərəfindən aptek rəhbərlərinə mövcud tələbləri özündə əks etdirən xəbərdarlıq məktubları göndərilib.


OXŞAR XƏBƏRLƏR

Müdiri ilə mübahisə etdikdən sonra 30 il ərzində şiddətli depressiyaya düşüb

Çinin Henan əyalətindən olan Vanq adlı 70 yaşlı kişi müdirinin haqsız yerə töhmətinə məruz qaldıqdan sonra illərlə depressiya və yuxusuzluqdan əziyyət çəkib. Bu...

Bu dərmanlar əqli pozğunluğu azaldır - ARAŞDIRMA

Ürək-damar xəstəlikləri üçün dərmanlar demensiya riskini azalda bilər.    Sfera.az xəbər verir ki, bu barədə Alzheimer's & Dementia jurn...

300 qəzəbli meymun qaçaraq polis bölməsinə hücum etdi - FOTO

Tailandda 300 meymun polis idarəsinə hücum edib.    Sfera.az bildirir ki, hadisə noyabrın 16-da Lopburidə baş verib. 300-ə yaxın aqressiv meymun...

Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini inkar etdi: “Dezinformasiyadır"

"Politico”nun Avropa nəşrində "Azərbaycanın Avropaya qaz qambiti - Rusiya üçün yaxşı xəbərdir” dezinformasiyanın çirkin nümunəsindən başqa...

Karolin Levitt: Tramp sülhü bərpa edəcək

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp dünyada sülhü bərpa etməyə çalışacaq.    Sfera.az xəbər verir ki, bu barədə Trampın seçki kampaniy...

İsrail Livana hava zərbələri endirdi: 50-yə yaxın ölən var

İsrailin Livanın şərqindəki Baalbek şəhəri yaxınlığındakı bir neçə qəsəbəyə endirdiyi aviazərbələr nəticəsində azı 47 nəfər həlak olub.   Sfera.az xə...