Rusiya və İran tarixi sənədi imzalamağa hazırlaşır - XİN rəsmisindən AÇIQLAMA

Rusiya və İran tarixi sənədi imzalamağa hazırlaşır - XİN rəsmisindən AÇIQLAMA

“Rusiya və İran bu tarixi sənədin imzalanması üçün zəmin yaradan hərtərəfli əməkdaşlıq müqaviləsinə son nöqtəni qoyub”.

 

Sfera.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “TASS”a müsahibəsində bildirib.

 

"İyunun 21-də Moskvada iki ölkənin xarici işlər nazirliklərinin hüquq və regional idarələrinin ekspertləri arasında kifayət qədər məhsuldar məsləhətləşmələr zamanı mətn yekunlaşdırılıb. Onların nəticələrinə əsasən, sazişin hazırlanması üçün zəruri olan dövlətdaxili prosedurların başlanması barədə razılıq əldə olunub. Sənəd yaxın gələcəkdə yüksək səviyyəli ikitərəfli qarşılıqlı fəaliyyət çərçivəsində imzalanacaq”, - o bildirib.

 

“Rusiya-İran əlaqələrinin statusunu hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək məqsədi daşıyan belə bir ciddi sənədin redaktə edilməsi, demək olar ki, iki il yarım vaxt aparıb və bu gün onu tam hazır hesab etmək olar”, - Rudenko qeyd edib.

 

İRNA daha əvvəl bildirmişdi ki, İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinlə telefon danışığında Tehranın oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində Moskva ilə hərtərəfli əməkdaşlıq sazişini imzalamağa hazır olduğunu deyib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

İnsan DNT-si sıfırdan yaradılır: Laboratoriyada “insan istehsalı” başlayır

Böyük Britaniyada insan DNT-sini sıfırdan yaratmağa yönələn yeni və mübahisəli layihəyə start verilib. Dünyanın ən böyük tibbi yardım təşkilatlarından biri olan...

İsrailin müdafiə naziri: Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik

İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.   Sfera....

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər...

“Amerikaya sərt zərbə endirdik” - Ayətullah Xamenei

İranın ali dini lideri Ayətullah Əli Xamenei, İsraillə əldə olunan atəşkəsdən sonra çıxış edərək ABŞ-nin bu müharibədən heç nə qazanmadığını, İranın isə bölgədə...

Toyu üçün Venesiya şəhərini bağlatdırdı

"Amazon"un qurucusu Ceff Bezos jurnalist nişanlısı Lauren Sançezlə bu gün ailə quracaq.   Sfera.az xəbər verir ki, İtaliyanın Ven...

Vladimir Putin Belarusa səfər etdi

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib.   Sfera.az xəbər verir ki, Putinin təyyarəsi Minsk hava limanına enib.   Kreml...