Jurnalist mətbuat günündə vəfat etdi - FOTO

Hadisə
14:00 / 22.07.2024
4533
Azərbaycanlı jurnalist Fərqanə Quliyeva vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
O, "Milli Mətbuat Günü"ndə dünyasını dəyişib.
Fərqanə Quliyeva Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun beynəlxalq münasibətlər fakültəsini bitirib.
O, son olaraq "Report" İnformasiya Agentliyində, Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) işləyib.
AZƏRTAC-ın rus dilində informasiya baş redaksiyasının tərcüməçisi 44 yaşında, əməliyyatdan sonra dünyasını dəyişib.