4 nəfəri maşın vurub öldürüb
Hadisə
10:33 / 15.12.2016
1749
Ötən gün respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, nəticədə 4 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Ölümlə nəticələnən hadisələrinin hamısı piyadaların vurulması ilə bağlı olub.
Naxçıvanın Ordubad rayonunun Sabirkənd kəndində "AZsamand”ın vurduğu 2 piyadadan biri ölüb, digəri ağır yaralanıb. Cəlilabad, Gəncə və Bakının Xəzər rayonlarında da avtomobillər piyadaları vuraraq öldürüb.