Prokurorluğa daxil olan müraciətlərin sayı AÇIQLANDI

Prokurorluğa daxil olan müraciətlərin sayı AÇIQLANDI

“Çağrı Mərkəzi”nə 14562 müraciət daxil olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən Geniş Kollegiya İclasında məlumat verib.

 

Qeyd edilib ki, 2024-cü ilin I yarımilində “Çağrı Mərkəzi”nə daxil olmuş 14562 müraciət üzrə vətəndaşlara müvafiq hüquqi izahlar verilib, 2213 məlumat isə cinayət xarakterli məlumatlar olduğu üçün qeydə alınıb araşdırılması üçün aidiyyatı struktur qurumlara tapşırılıb və qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin edilib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR