"Bu il 4 ağır cinayətin üstünün açılması təmin edilib" - Baş Prokuror

"Bu il 4 ağır cinayətin üstünün açılması təmin edilib" - Baş Prokuror

Əvvəlki illərdən bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstünün açılması təmin edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən Geniş Kollegiya İclasında bildirib.

 

Məlumatda qeyd olunub ki, 2024-cü ilin birinci yarımilində prokurorluq, daxili işlər və digər aidiyyəti orqanlarla ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətin üstünün açılması təmin edilib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR