Dördüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsi yekunlaşdı - FOTO

Dördüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsi yekunlaşdı - FOTO

Bakı Ekspo Mərkəzində keçirilən və 3 gün davam edən dördüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsi iyulun 21-də başa çatıb.

 

Sfera.az xəbər verir ki, müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və mentorlar, müsabiqənin ötən illərdəki qalibləri, media nümayəndələri və xarici ekspertlər finalın son gününü yerində izləyiblər.

 

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini, "Yüksəliş"in İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqənin kadr ehtiyatı bankı haqqında ətraflı məlumat verib. O bildirib ki, həm "Yüksəliş" iştirakçılarının, həm də dövlətin gözləntilərini qarşılamaq üçün effektiv alət, həmçinin qurumların istedadlılara, istedadlıların isə yeni karyera imkanlarına əlçatanlığını təmin etmək üçün müsabiqənin beynəlxalq təcrübə əsasında yaradılmış sistemindən - kadr ehtiyatı bankından istifadə etmək olar.

 

Fərhad Hacıyev vurğulayıb ki, burada əsas üstünlüklərdən biri də istifadəçilərin profillərinin ölkənin aparıcı dövlət və özəl qurumları tərəfindən izlənilə və dəyərləndirilə bilməsidir. Bu isə öz növbəsində istifadəçilərə yeni fürsətlər qazandıra bilər.

 

Finalçılar Təşkilat Komitəsinin üzvləri və mentorların müşahidəsi ilə "Mentor keysi" üzrə tapşırıqları yerinə yetiriblər. Mentorların suallarına cavab verən iştirakçılar keys üzrə təqdimatdan sonra onlar tərəfindən qiymətləndiriliblər. Hər mentor komandada öz səriştəsi ilə seçilən bir finalçıya qiymətləndirmə balı təqdim edib. Təqdim edilən mentor balı iştirakçıların ümumi balına əlavə ediləcək.

 

Dördüncü "Yüksəliş" müsabiqəsinin qaliblərinin adları növbəti iş günləri ərzində açıqlanacaq.

 

Qeyd edək ki, finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 118 nəfər iştirakçı mübarizə aparıb. İştirakçıların mübarizəsi keyslər üzərindən davam edib və onların "İdarəçi rollar üzrə modeli" ekspertlər tərəfindən qiymətləndirilib.

 

Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

 

"Yüksəliş" müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən - böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

 

Dördüncü "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...