Kürdəmirdə QƏZA: İki yaşlı körpə xəsarət aldı

Hadisə
13:55 / 21.07.2024
7717
Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera az xəbər verir ki, "Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2022-ci il təvəllüdlü M.N xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.