FED-in qərarından sonra neft ucuzlaşır
09:40 / 15.12.2016
1212
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırması dünya neft bazarına təsir edib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 54 dollardan aşağı düşüb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 3,08% azalaraq 51,35 dollar təşkil edib.
Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 0,5-0,75% artırıb.