Bakıda mənzildə meyit tapıldı

Hadisə
20:00 / 20.07.2024
5447
Bakıda mənzildə meyit tapılıb.
Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.