“ABŞ dağılacaq, Papa öldürüləcək, böyük müharibə olacaq, kişilər uçacaq...” - KAHİNLƏRİN ŞOK PROQNOZLARI

“ABŞ dağılacaq, Papa öldürüləcək, böyük müharibə olacaq, kişilər uçacaq...” - KAHİNLƏRİN ŞOK PROQNOZLARI

Hazırda dünyada baş verən dəyişik proseslər bəlkə də bilmədiyimiz və ya fərqində olmadığımız bir hadisə üçün zəmin hazırlayır. Maraqlıdır, indiyədək yaşamış kahinlər, öncəgörücülər günümüzdəki hadisələrlə bağlı hansı proqnozları verib, nələr deyib? 


Moderator.az tarixdə çox məşhur kahinlərin dünyayla bağlı verdikləri proqnozları təqdim edir: 



Savaş hakkında öyle bir tahminde bulundu ki... 1.resim


Kahin Robert Nikson 15-ci əsrdə İngiltərənin Cheshire şəhərində yaşamış bir fermer olub. Buna baxmayaraq gələcəklə bağlı dediklərinin bir çoxu doğru çıxıb. Məsələn, kahin bildirib ki, gələcəkdə hər kəsin ağzında bacalar olacaq. Siqaret istehsal olunduqdan sonra məlum olub ki, kahin baca deyərkən nəyi nəzərdə tuturmuş. Kahin, həmçinin kosmosa uçuşun mümkün olacağı barədə də proqnoz verib. Bildirib ki, zaman gələcək aya raketlərlə səfər etmək mümkün olacaq. Kahinin ölümü də özünün öncədən dediyi kimi baş verib. Belə ki, kahin bir aşpazının səhvən şkafı kilidləməsi nəticəsində vəfat edib.  


Savaş hakkında öyle bir tahminde bulundu ki... 6.resim


11-ci əsrdə yaşamış Hildegard Von Bingen öncəgörücüdən çox, bəstəkarlığı və şairliyi ilə tanınıb. O, proqnozlarından birində Amerika Birləşmiş Ştatlarının dağılacağını iddia edib. Bu dağıntının isə təbii fəlakətlər nəticəsində olacağını, zəlzələlərin, qasırğaların yol açdığı nəhəng dalğaların bir-birinin ardınca düzülərək bu ölkəni məhv edəcəyini bildirib. O, ABŞ ilə bağlı söylədiyi müdhiş proqnozdan əlavə dünyada sülhülə bağlı proqnozlar da verib.


Savaş hakkında öyle bir tahminde bulundu ki... 10.resim


2000-ci ilin 26 iyununda Kardinal Ratzinger tərəfindən dünya şöhrətli Fatimənin üç gizli sirri nəzəri şəkildə aşkara çıxarıldı. Bu sirrlərdən biri papanın öldürüləcəyi və bir şəhərin məhv ediləcəyi ilə bağlıdır. Fatimənin mesajından aşkar edilən bir hissə belədir: "XX əsrin ikinci yarısında böyük, çox böyük bir müharibə olacaq. O zaman göydən od və tüstü yağacaq, dənizlərin suları göyə doğru buxarlanacaq, göydə olan nə varsa aşağı gələcək".


Savaş hakkında öyle bir tahminde bulundu ki... 14.resim


Mitar Tarabich 1829-1899-ci illərdə Serbiyada yaşamış az tanınan bir kahin olub. Lakin Serbiyada 19-cu əsrdə baş verən siyasi hadisələrlə bağlı bir çox proqnozu doğru çıxıb. O, ikinci dünya müharibəsini də təxmin edib. Proqnozlarından bəziləri isə belə olub: "Öz torpaqlarımızdan getdiyimiz zaman şimala üz tutacağıq. Və axmaqcasına davranışımızı dərk edərək dəyişiklik edəcəyik. O zaman aramızdan ədalətli olmayanı göndərəcəyik. Bütün dünya qəribə bir xəstəliklə mübarizə aparacaq və heç kim onun müalicəsini tapa bilməyəcək (QİÇS). Hərkəs mən bilirəm, çox ağıllıyam, elm adamıyam deyəcək, ancaq heç kəs heç bir şey edə bilməyəcək. İnsanlar düşünüb daşınacaqlar, amma doğru nəticəyə nail olmaları imkansız olacaq. İnsanlar təmiz havadan, təravət və gözəlliklərdən həzz almayacaqlar. Yalnız karyeralarını böyütməyin arxasınca qaçacaqlar. Onları belə etməyə heç kim məcbur etməyəcək, özləri bu işdə könüllü olacaq. Adamlar bir qutucuq icad edəcəklər, içində görüntülərlə bağlı tərtibatlar olacaq (televiziya). Amma həmin alətlər artıq həyatda olmayan mənlə əlaqəyə girə bilməyəcək. Halbuki həmin görüntü cihazları vasitəsilə insanlar bir-birinə saç tellərinin yaxınlığı qədər yaxın olacaqlar (görüntülü telefonlar). İnsanlar bu görüntülü cihazlar sayəsində dünyada baş verən hər hadisəni izləyəcəklər (internet)".


Savaş hakkında öyle bir tahminde bulundu ki... 20.resim


1843-ci ildə Mormon dininin banisi hesab edilən Jozef Smit tərəfindən Ağ at proqnozu ortaya atılıb. Bu proqnoza görə, Amerikada daha əvvəl görülməmiş böyüklükdə dəhşətli bir inqlab olacaq. Bu inqlabda Amerika ali hakimiyyətini itirəcək, yer üzündəki bütün pisliklər bu ölkədə sınaqdan keçiriləcək. Ata oğluna qarşı, uşaq atasına qarşı döyüşəcək, eyni şəkildə ana qızına və qız da anasına qarşı çıxacaq. Ən pisi isə o olacaq ki, qətl, təcavüz heç təxmin edilməyəcək dərəcədə artacaq. 


Savaş hakkında öyle bir tahminde bulundu ki... 27.resim


Sankt-Nilus 5-ci əsrdə Sankt-peterburqda yaşamış Conun tələbəsi olan kiçik rahib olub. O, dəqiq tarixləri məlum olmasa da 20-ci əsr ilə bağlı bir çox proqnozlar verib. Bu proqnozlara görə 1900 ildən sonra, insanlar anlaşılmaz mövqe tutacaqlar. İblisin gəlmə vaxtı yaxınlaşanda insanların ağlındakı şəhvətli ehtiraslar bir bulud yığını kimi böyüyəcək,  xalq arasında qanunsuzluq yayılacaq. Daha sonra dünya anlaşılmaz vəziyyətə düşəcək. İnsanların görünüşləri də dəyişəcək, paltarlarlarına və saç formalarına görə qadınları kişilərdən ayrımak imkansız olacaq. Bir zaman sonra kişilər də quşlar kimi uçacaq, balıq kimi dənizin dibinə enəcəklər. Bütün bu fəlakətlər meydana gəldikdən sonra bədbəxt insanlar iblisin onları aldatdığını hiss etmədən həyatlarına davam edəcəklər”.


Savaş hakkında öyle bir tahminde bulundu ki... 35.resim

Alois Irlmaier üçüncü dünya müharibəsi haqqında proqnozlar vermiş sadə bir alman vətəndaşı olub. Onu digər kahinlərdən ayıran ən əhəmiyyətli xüsusiyyət  üçüncü dünya müharibəsinin Orta Şərqdə baş verəcəyini deməsidir. 21-ci əsrdən bu yana artıq bir çox insan 1950-ci illərdə yaşamış Alois Irlmaier kimi üçüncü dünya müharibəsinin Orta Şərqdəki problemlərdən qaynaqlanacağını düşünür. 


OXŞAR XƏBƏRLƏR

Fərid Şahbazlı: “Azərbaycan-Pakistan əlaqələri çətin tarixi sınaqlardan üzüağ çıxıb”

“Pakistanın Baş naziri Şahbaz Şərifin bu gün Bakıya səfəri Azərbaycan-Pakistan əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisədir. B...

Sabah bu universitetlərdə tədris onlayn formada keçiriləcək

Sabah bəzi universitetlərdə tədris ənənəvi, bəzilərində isə onlayn formada aparılacaq.   Sfera.az xəbər verir ki, sabahdan Azərbaycan Texniki Univers...

İkinci kurs tələbəsi faciəvi şəkildə HƏLAK OLDU

Azərbaycan Texnologiya Universitetinin tələbəsi vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda universitetin sosial şəbəkə hesablarında paylaşı...

Vitaminlərin belə istifadəsi bədənə ciddi zərər verir

İmmuniteti gücləndirmək üçün vitaminlərdən həkim məsləhəti olmadan istifadə qış mövsümündə artır. Ancaq balanslı qidalandıqda orqanizmdə vitamin çatışmazlığı ol...

Vaxtı bir neçə dəfə dəyişdirilən oyun axır ki, başladı

Ötən gündən təxirə salınan Azərbaycan Premyer Liqasının XXIV turunun "Zirə" - "Kəpəz" oyunu nəhayət, başlayıb.   Sfera.az xə...

Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa edilir?

Sabahdan etibarən Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar üzrə sadəcə səhər reysləri bərpa ediləcək. &n...