Baydenə bir zərbə də Barak Obamadan: "Namizədliyini geri götür"

Baydenə bir zərbə də Barak Obamadan: "Namizədliyini geri götür"

ABŞ-nin keçmiş prezidenti Barak Obama da Baydenin namizədliyini geri götürməsi çağırışlarına qoşulub.

 

Sfera.az bildirir ki, bu barədə “CNN International” nəşri iddia irəli sürüb. Qeyd olunub ki, hazırda ABŞ-nin siyasi arenası həmişəkindən daha mürəkkəbdir. 

 

Nəşr vurğulayıb ki, son günlər xüsusilə Donald Trampa qarşı edilən sui-qəsd cəhdi və ABŞ Prezidenti Co Baydenin yaşı, psixi sağlamlığı ilə bağlı müzakirələr davam edir: “Bayden həmişəkindən daha təkdir. Ağ Evdəki bir çox yüksək vəzifəli məmur düşünür ki, prezident öz namizədliyini geri götürməlidir. Buna Barak Obama da qoşulub”.

 

“CNN”ə danışan demokrat bir qubernator bildirib ki, qarşıdakı 72 saat Bayden üçün çox kritik olacaq. Həmçinin ABŞ mətbuatının yazdığına görə, qarşıdan gələn prezident seçkilərində Demokratlar Partiyasından namizəd kimi iştirak edən Co Baydenə qarşı müxalif olanların sayı artmaqdadır.

 

“Washington Post” qəzeti qeyd edib ki, Barak Obama da Baydenin şansının getdikcə azaldığını bəyan edib. “Obama Trampla televiziya proqramından sonra Baydenlə bir dəfə görüşsə də, o, pərdəarxası seçki kampaniyasının gələcəyi ilə bağlı danışıqlarda çox iştirak edir. Baydenin hər fürsətdə “əla prezident” olduğunu bildirən Obama özünü bir növ məsləhətçi kimi görür və müttəfiqlərinə Baydeni və onun irsini qorumaq istədiyini bildirir. Lakin son vaxtlar sorğuların ciddi şəkildə azalması keçmiş prezidentin narahatlığını yüksək səslə dilə gətirməsinə səbəb olub”, - qəzet vurğulayıb.

 

Obamanın sözçüsü isə bu iddianı şərh etməkdən imtina edib.

 

Günay 

 


OXŞAR XƏBƏRLƏR

Sabah 37 dərəcə isti olacaq

Azərbaycanda iyunun 28-i havanın yağmursuz keçəcəyi gözlənilir.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat ver...

Baş Prokurorluqdan kinostudiyadakı partlayışa dair açıqlama - İstintaq aparılır

“Azərbaycanfilm” kinostudiyası ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan...

Gömrüklə bağlı yeni qadağa: bunu edə bilməcəyəksiniz

“Gömrük məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olundu. Dəyişikliklər borcunun ödənilməsi sahəsində...

İranda çevriliş ehtimalı: Xameneidən sonra hakimiyyətə onlar gələ bilər

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin Ali rəhbəri Əli Xamneidən sonra çevriliş yolu ilə hakimiyyəti ələ keçirə bilər.   Sfera.az Te...

Ermənistan xüsusi təyinatlıları II Qareginin iqamətgahına daxil olublar - VİDEO

Ermənistan hüquq-mühafizə orqanları Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyanı saxlamağa qərar verib.   Sfera.az xəbər verir ki, bu...

Sudan səfiri İlham Əliyevdən nəyi xahiş etdi?

Sudan Azərbaycan tərəfindən bu ölkənin tələbələri üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib.   Sfera.az xəbər verir ki, bunu Sudanın Azərbayc...