Amerikanın dollar qərarı - Azərbaycanda nə dəyişəcək?

Amerikanın dollar qərarı -  Azərbaycanda nə dəyişəcək?

ABŞ federal rezerv sistemi (FRS) baza faiz dərəcəsini 0,25-0,5 faizə qaldırıb.

Sfera.az “qafqazinfo”ya istinadən xəbər verir ki, FRS bildirib ki, ölkədə iqtisadi fəallıq mülayim templə artır. Mənzil sektorunda davamlı yaxşılaşma müşahidə edilir və işsizlik aşağı düşür. FRS iqtisadi perspektivi nəzərə alaraq və gələcək iqtisadi nəticələrə təsir məqsədi ilə baza dərəcəsini dəyişir. Bəs bu qərar Azərbaycana necə təsir edəcək?

“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, İqtisadi Təşəbğbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyevin fikrincə, federal rezerv sisteminin baza faiz dərəcəsinin dəyişməsi dolayısı ilə də olsa Azərbaycandakı iqtisadi proseslərə təsir göstərəcək. "Adətən baza faiz dərəcəsi qalxdıqdan bir az sonra dollar bahalaşmağa başlayır. Bu isə neftin qiymətinin ucuzlaşması ilə nəticələnir. Neftin qiymətinin ucuzlaşması isə dolaysı ilə manatın devalvasiyasına təsir göstərir. Amma bunun birbaşa təsirindən danışmaq olmaz".

İqtisadçı ekspertin fikrincə, neftin ucuzlaşmasına təsir edəcək ikinci amil ABŞ-da neft ixracatı barədə qanun layihəsidir. Hazırda Konqresin müzakirəsində olan qanun layihəsi qəbul olunduqdan sonra neftin qiymətinin düşməsi davam edəcək.

Təbii ki, OPEK-in neft hasilatını azaltmaması da neftin qiymətini aşağı salacaq amillərdən biridir. Dekabrın 4-də keçirilmiş iclasda kartel üzvü olan ölkələr neft hasilatı kvotasını sutkada 30 milyon barreldən 31,5 milliona barrelə qaldırıblar. Hazırda kartel sutkada 31-32 mln barrel neft hasil edir. Bu isə neftin qiymətinin barrel üzrə 30 dollardan aşağı düşməsinə səbəb ola bilər.

ABŞ federal rezerv sisteminin baza faiz dərəcəsini qaldırması Azərbaycana Rusiya vasitəsi ilə də təsir göstərə bilər. Rusiya ekspertləri bunun rublu ucuzlaşdıracağını proqnozlaşdırırlar. Təbii ki, Azərbaycan əsas ticarət tərəfdaşlarından biri olan Rusiya devalvasiyasına adekvat cavab verərək, istər-istəməz manatı da devalvasiyaya uğratmalıdır.

Lakin Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bu məsələnin rublun məzənnəsinə ciddi təsir olmayacağını bildirib. Onun sözlərinə görə, bazarlar faiz dərəcəsinin qalmasına çoxdan hazır idi və bunun nə neftin qiymətinə, nə də rublun məzənnəsinə ciddi təsiri olmayacaq.

Deməli, manat Rusiya tərəfdən bu istiqamətdə zərbə almayacaq. Əslində, manatın devalvasiyası nə qədər yumşaq və cüzi olarsa, sadə Azərbaycan vətəndaşı üçün daha əlverişli olar. Hər halda, fevralda baş vermiş 34 faizlik sərt devalvasiyanın şoku bir daha yaşanmaz. Amma istənilən halda, hökumət ölkə iqtisadiyyatını bu cür risklərdən qurtarmaqü çün indidən addımlar atmalıdır.


OXŞAR XƏBƏRLƏR

Yolda hərəkət edən qapısız ambulansla bağlı AÇIQLAMA - VİDEO

Sumqayıt şəhərində qapısı olmayan təcili tibbi yardım avtomobili küçədə hərəkət edərkən görüntülənib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəb...

Brend sevgisinin arxasında hansı psixoloji hallar var? - ARAŞDIRMA

İstənilən dövrlərdə brend geyimlər, əşyalar diqqət mərkəzində olub. Maraqlıdır ki, son zamanlar marka həvəskarları  arasında yalnız maddi vəziyyəti buna im...

Pensiya kapitalları indeksləşdiriləcək - Faiz dərəcəsi BƏLLİ OLDU

Azərbaycanda sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı indeksləşdirilərək 2,2 faiz artırılacaq.   Sf...

İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO

Türkiyəni COP29-da təmsil edən aktyor Engin Altan Düzyatan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. &...

Tacikistan seçkiləri müşahidə etmək üçün 26 ölkəyə dəvət göndərdi

Tacikistan 2025-ci il martın 2-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün 26 ölkəyə və beynəlxalq təşkilatlara dəvət göndərib.   Sfera....

Ağ Şəhər ərazisində mənzildə partlayış baş verdi

Bakıda mənzildə partlayış baş verib.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.   Bildirilib ki, "1...