Makron azərbaycanlı jurnalistin sualına qərəzli cavab verdi - VİDEO

Makron azərbaycanlı jurnalistin sualına qərəzli cavab verdi - VİDEO

Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Oksford şəhərində keçirilən Avropa Siyasi İcmasının Zirvə toplantısında növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib.

 

Sfera.az-ın məlumatına görə, Makron tədbir çərçivəsində keçirdiyi mətbuat konfransında azərbaycanlı jurnalistlərin Fransanın Ermənistanı silahlandırması ilə bağlı suallarına cavab verərkən ölkəmizə qarşı ittihamlar səsləndirib.

 

Belə ki, o, 2020-ci ildə Azərbaycanın Ermənistanın təmas xəttindəki təxribatına və yaranmış eskalasiyaya cavab olaraq əks-həmlə əməliyyatlarını həyata keçirməsini ölkəmizin müharibəyə başlaması kimi təqdim edib. 

 

Halbuki, Azərbaycan 2020-ci il sentyabrın 27-də başlayan sözügedən əməliyyat nəticəsində BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin və ATƏT-in qərarlarının icrasına nail olub. Bununla da, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edə bilib.

 

Hazırda Ermənistanla Azərbaycan arasında sülh danışıqları davam etdiyi bir vaxtda E.Makronun bu cür qərəzli fikirlər səsləndirməsi Fransanın sülh prosesinə mane olmaq cəhdlərinin daha bir bariz nümunəsidir.

 

Bununla yanaşı, o, ölkəsinin Ermənistanı silahlandırmasına haqq qazandıraraq “Bu, təbii haldır. İki suveren ölkə müdafiə sahəsində əməkdaşlıq edir. Hansısa bir dövlətin özünü silahlandırması normal haldır...” - bildirib.

 

Azərbaycan Xarici İşlər Nazirliyi isə öz növbəsində E.Makronun ənənəvi bu qərəzli mövqeyinə münasibət bildirərək qeyd edib ki, münaqişənin sülh yolu ilə həllinə töhfə verməyən, Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymağın qarşısını alan məhz Fransa kimi dövlətlərin Ermənistanın 30 ilə yaxın müddətdə təcavüzünü ört-basdır edən siyasəti olub: 

 

“Fransa tərəfinə xatırladırıq ki, Azərbaycanın suveren ərazilərində Ermənistanın 30 il davam edən işğalına son qoymaq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün apardığımız müharibə ölkəmizin beynəlxalq hüquq çərçivəsində legitim hüququ idi. Azərbaycanın istənilən səyi, o cümlədən hərbi potensialının gücləndirilməsi ədalətli məqsədə yönəlib və yönəlməkdədir. Lakin, bunu işğalçı dövlət olan Ermənistana münasibətdə söyləmək olmaz.

 

30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş Ermənistanın Fransa tərəfindən sülhsevər ölkə kimi təqdim etməsi bu ölkənin həm vasitəçilik dövründə, həm də 44 günlük vətən müharibəsindən sonra apardığı siyasətin nə qədər ədalətsiz olduğunu nümayiş etdirir”.

 


OXŞAR XƏBƏRLƏR

İranda çevriliş ehtimalı: Xameneidən sonra hakimiyyətə onlar gələ bilər

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin Ali rəhbəri Əli Xamneidən sonra çevriliş yolu ilə hakimiyyəti ələ keçirə bilər.   Sfera.az Te...

Ermənistan xüsusi təyinatlıları II Qareginin iqamətgahına daxil olublar - VİDEO

Ermənistan hüquq-mühafizə orqanları Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyanı saxlamağa qərar verib.   Sfera.az xəbər verir ki, bu...

Sudan səfiri İlham Əliyevdən nəyi xahiş etdi?

Sudan Azərbaycan tərəfindən bu ölkənin tələbələri üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib.   Sfera.az xəbər verir ki, bunu Sudanın Azərbayc...

Azərbaycan Prezidenti Sudan səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb...

Ən çox sığorta haqqını hansı şirkətlər toplayır ? - Adlar

Bu ilin yanvar-may aylarında Azərbaycanda sığorta şirkətləri arasında ən çox yığım “Paşa Həyat Sığorta”da olub.   Sfera.az Teleqraf-a ist...

DİN və Dövlət Komitəsi vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edib.   Sfera.az xəbər verir ki, məlumatda qeyd edilib ki, Az...