Sürücülər cərimədən yayına bilməyəcək - parklanmada yeni QAYDA -VIDEO

Sürücülər cərimədən yayına bilməyəcək - parklanmada yeni QAYDA -VIDEO

Avtomobillərin yeni parklanma qaydaları tətbiq ediləcək.

Sfera.az məlumat verir ki, bu barədə İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilə bilər.

Dəyişikliyə əsasən, bütün parkomatlarda foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr olacaq.

Həmçinin həmin texniki vasitələrlə parklanmaya görə aparılmış və ya aparılmamış ödənişlər, habelə 24 saatdan artıq müddətdə parklanma yerində saxlanılan avtomobillər haqqında məlumatlar müəyyən ediləcək.

Bundan sonra isə inzibati xəta törədilən avtomobillər yaxınlıqdakı mühafizə olunan duracağa aparılacaq.

Ekspert Ərşad Hüseynovun  fikirincə, yeni layihə qəbul edilsə belə, onun tətbiqində bir sıra problemlər ola  bilər.

Layihə yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Sfera.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


OXŞAR XƏBƏRLƏR

Avrasiyanın ən aktiv vulkanı oyanır - FOTO

Səhər saatlarında Sibirin ən yüksək dağı və Avrasiyanın ən yüksək aktiv vulkanı olan Klyuçevskoy 8,8 bal gücündə güclü zəlzələdən sonra püskürüb.   S...

ABŞ İrana ciddi zərbə endirəcək - AÇIQLAMA

ABŞ 2018-ci ildən bəri İrana qarşı ən genişmiqyaslı sanksiya paketini elan edib. Bu tədbirlər İranın neft ticarətini idarə edən beynəlxalq gəmiçilik şəbəkə...

Avqustda qeyri-sabit hava şəraiti GÖZLƏNİLİR

Avqust ayının 1 və 2-ci ongünlüyü yüksək temperatur ilə müşahidə olunacaq. Lakin havanın ümumi iqlim normasına yaxın olacağı ehtimalı böyükdür.   Sfe...

Pediatrdan xəbərdarlıq: Telefonlar uşaqların beyininə zərər verir

Yay aylarında uşaqların boş vaxtlarının çox olması onların informasiya və texnologiya məhsullarından asılılığını daha da artırır. Havanın isti keçməsi, tətil re...

Sürücü sükan arxasında VƏFAT ETDİ

Sürücü sükan arxasında həyatını itirib. Hadisə Xaçmaz-Quba yolunun 1-ci km-də baş verib.   Sfera.az xəbər verir ki, Quba sakini Rövkət Yunusov idarə ...

Çin və Hindistan hədəfdə - Yeni sanksiyalar nefti bahalaşdıracaq?

ABŞ Rusiyadan neft alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazırlaşır. Gözlənilir ki, bu sanksiyalardan yayınmaq üçün Rusiyadan neft alan ...