Sürücülərə vacib xəbər: Bu yollarda radarların sayı artırıldı

Sürücülərə vacib xəbər: Bu yollarda radarların sayı artırıldı
Son günlər ölkənin magistiral yollarında, xüsusi ilə də Bakı-Qazax magistral yolunda sürət kameralarının sayı xeyli dərəcədə artıb.
 

XəzərXəbər xəbər verir ki, məsələ ilə bağlı qaynarinfo.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev radarların hansı zərurətdən artırıldığını açıqlayıb. Kamran Əliyevin sözlərinə görə, bütün ölkə boyu sürət rejminə əməl olunması ilə bağlı yol boyu müşahidə kameraları quraşdırılacaq: "Bunların hamsı yüksək sürət səbəbindən baş verən yol nəqliyat hadisələrinin qarşısının alınması məqsədilə atılan addımlardır. Bu qədər radarların qurulması sayəsində sürət həddinin artırılması ilə bağlı olan qəzaların sayı 44-45 faizdən 22-23 faizə enib. Bu da yüzlərlə insanın həyatının xilas edilməsidir".

Qurum rəsmisi bildirib ki,  təkcə respublika əhəmiyyətli yollarda deyil, yerli əhəmiyyətli yollarda da radların quraşdırılması ilə bağlı yerli sakinlərdən çoxsaylı müraciətlər daxil olur: "Hər kəs bu gün istəyir ki, yaşayış məntəqələrində belə radarlar çox qurulsun ki, sürücülər sürət həddinə riayət etsin. Sözsüz ki, sürət həddinə əməl olunursa həmin ərazidə də yol nəqliyyat hadisələrinin sayı az olur".

Kamran Əliyev mövcud sürət həddinin dəyişib-dəyişməyəcəyinə də  toxunub: "Sürətin artıb-azalması ərazidəki yol şəraitindən asılıdır. Əgər orada şərait imkan verirsə ki, nəqliyyat vasitələrinin hərəkət sürəti bir qədər artırılsın, müvafiq qurumların qərarına əsasən artırılacaq. Elə yer var ki, orada sürətin artırılmasına zərurət var. Nəqliyyat vasitələrinin ləngiməməsi üçün belə addımlar atıla bilər. Sözsüz ki, birinci növbədə təhlükəsizlik məsələləri öndə durur. Həmin ərazidə yerləşən yollar təhlükəsizlik tələbərinə cavab verirsə, orda sürət həddi artırıla bilər".


OXŞAR XƏBƏRLƏR

DİN və DSX Cəlilabadda əməliyyat keçirib, axtarışda olan şəxs saxlanılıb

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb...

Avrasiyanın ən aktiv vulkanı oyanır - FOTO

Səhər saatlarında Sibirin ən yüksək dağı və Avrasiyanın ən yüksək aktiv vulkanı olan Klyuçevskoy 8,8 bal gücündə güclü zəlzələdən sonra püskürüb.   S...

ABŞ İrana ciddi zərbə endirəcək - AÇIQLAMA

ABŞ 2018-ci ildən bəri İrana qarşı ən genişmiqyaslı sanksiya paketini elan edib. Bu tədbirlər İranın neft ticarətini idarə edən beynəlxalq gəmiçilik şəbəkə...

Avqustda qeyri-sabit hava şəraiti GÖZLƏNİLİR

Avqust ayının 1 və 2-ci ongünlüyü yüksək temperatur ilə müşahidə olunacaq. Lakin havanın ümumi iqlim normasına yaxın olacağı ehtimalı böyükdür.   Sfe...

Pediatrdan xəbərdarlıq: Telefonlar uşaqların beyininə zərər verir

Yay aylarında uşaqların boş vaxtlarının çox olması onların informasiya və texnologiya məhsullarından asılılığını daha da artırır. Havanın isti keçməsi, tətil re...

Sürücü sükan arxasında VƏFAT ETDİ

Sürücü sükan arxasında həyatını itirib. Hadisə Xaçmaz-Quba yolunun 1-ci km-də baş verib.   Sfera.az xəbər verir ki, Quba sakini Rövkət Yunusov idarə ...