"Zirə" Avropa Liqasında mübarizəni dayandırdı


"Zirə" Avropa Liqasında mübarizəni dayandırdı

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçı start götürüb.

 

Sfera.az xəbər verir ki, qarşılaşma "Dalğa Arena"da keçirilir.

 

Görüşü qazaxıstanlı Bulat Sariyev idarə edir.

 

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qalib gəlib.

***

5-ci dəqiqədə "Zirə" hesabı açır: 1 - 0

***

 

"Zirə" - "Şerif" (Moldova) matçında ikinci qol vurulub.

 

"Dalğa Arena"dakı matçda qonaqlar hesabı bərabərləşdirib - 1:1.

***

76-cı dəqiqədə "Şerif" hesabda önə çıxıb: 1 - 2.

 

 

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçında 90 dəqiqə başa çatıb.

"Dalğa Arena"dakı matçın əsas vaxtı qonaqların 2:1 hesablı üstünlüyü ilə bitib.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qələbə qazandığından ümumi hesab bərabərləşib - 2:2.

Görüşdə hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılır.

Qeyd edək ki, Bakı klubu qarşılaşmanı 10 nəfərlə davam etdirir. 40-cı dəqiqədə Salifu Suma qırmızı vərəqə ilə cəzalandırılıb.

***

 

"Zirə" - "Şerif" (Moldova) matçında əlavə vaxt başa çatıb.

 

"Dalğa Arena"dakı matçın əsas və əlavə vaxtı qonaqların 2:1 hesablı üstünlüyü ilə bitib.

 

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qələbə qazandığından ümumi hesab bərabərləşib - 2:2.

 

Görüşün qalibi penaltilər seriyasından sonra bəlli olacaq.

 

***

 

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" və "Şerif" (Moldova) komandaları arasındakı cavab matçı başa çatıb.

 

"Dalğa Arena"dakı oyunun əsas və əlavə vaxtı qonaqların 2:1 hesablı üstünlüyü ilə bitib.

 

Matçda hesabı "qartallar"ın heyətində 6-cı dəqiqədə Rafael Utziq açıb. 54-cü dəqiqədə Əyyub Allaş "status-kvo"nu bərpa edib. 77-ci dəqiqədə adını tabloya yazdıran Papa Yade "Şerif"in qələbə qoluna imza atıb.

 

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qələbə qazandığından ümumi hesab bərabərləşib - 2:2.

 

Əlavə vaxtda qalib müəyyənləşmədiyindən qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Burada daha dəqiq oynayan moldovalılar (5:4) II təsnifat mərhələsinə yüksəliblər.

 

"Zirə" mübarizəni UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək.

 


OXŞAR XƏBƏRLƏR