Ağstafada 60 yaşlı kişini "tok" vurub öldürdü
Hadisə
21:16 / 18.07.2024
18349
Ağstafada bədbəxt hadisə baş verib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xətai kəndində baş verib.
Kənd sakini 1964-cü il təvəllüdlü Hidayət Tanrıverdiyevi yaşadığı evdə elektrik naqilərini düzəldən zaman "tok" vurub.
60 yaşlı kişi hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.