Mina partlayışları ən çox bu ərazilərdə baş verir

Cəmiyyət
20:35 / 18.07.2024
13781
Mina hadisələrinin əksəriyyəti keçmiş sərhəd xəttindən kənarda baş verir.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.
"Mina partlayışlarının 70 faizinin keçmiş sərhəd xəttindən kənarda baş verməsi onu göstərir ki, minalar məntiqsiz və qeyri-peşəkar şəkildə yerləşdirilib. Bu səbəbdən əməkdaşlar təmizləmə prosesinə həddindən artıq diqqətlə yanaşırlar.
Bu günədək 148 min hektardan çox ərazi minalardan təmizlənib. 124 mindən çox mina və partlamamış hərbi sursat isə zərərsizləşdirilib", - o qeyd edib.