Onlar 165 il yaşayır, 70 yaşında ana olurlar - İNANILMAZ - FOTO
Hunza Türklərinin ən maraqlı xüsusiyyəti isə indiyə qədər bir nəfərin belə xərçəng xəstəsi olmamasıdır. Həkimlərin və alimlərin diqqətini çəkən bu xüsusiyyət və yaş dövrü onları araşdırma aparmağa sövq etdirib. Və nəhayət, HunzaTürklərinin uzun yaşamasının səbəbini tapıblar. Bəlli olub ki, uzunömürlülüyün və heç vaxt xəstələnməmələrinin sirri sağlıqlı qidalanmalarıdır.
Hunza Türkləri dənizdən 6 min metr hündürlükdə yerləşən bol oksigenli bir regionda yaşayırlar. Ət və ədviyyatlı yeməklərə daha çox üstünlük verirlər, yalnız öz istehsal etdikləri meyvə-tərəvəzləri yeyirlər. Buz kimi təmiz su içib, əkib-becərdikləri ilə qidalanırlar.
Hunza Türkləri coğrafi zərurətlərdən və iqlim dəyişiklikləri səbəbindən Sibirdən və Rusiyanın düzənliklərindən Orta Asiya çöllərinə eniblər. Oturaq və meşəçilik həyatından çöl həyatına uyğunlaşıblar. (moderator.az)