Yəhudiləri öldürmək istəyən neonasistlərin lideri saxlanıldı


Yəhudiləri öldürmək istəyən neonasistlərin lideri saxlanıldı

Nyu-Yorkda yəhudi uşaqlarını zəhərləməyi planlaşdıran “Qətl manyakları sektası”nın lideri Moldovada saxlanılıb.


Sfera.az bildirir ki, saxlanılan şəxs Gürcüstan vətəndaşı Mixail Çxikvişvilidir. Belə ki, 21 yaşlı gənc İnterpolun sorğusu ilə iyulun 6-da Kişinyovda saxlanılıb.



Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, 2023-cü ilin noyabrında Çxikvişvili Yeni il ərəfəsində Nyu-Yorkda kütləvi insan tələfatı ilə nəticələnən terror aktı planlaşdırmağa başlayıb. O, özünü Santa Klaus kimi göstərməli, azlıqlara və Bruklindəki yəhudi məktəblərinin uşaqlarına zəhərli konfet paylamalı idi.


ABŞ prokurorluğu hesab edir ki, Çxikvişvili neonasist ideologiyasını izləyən “Qətl manyakları sektası”qrupunun rəhbəridir.
 

“The Guardian”ın məlumatına görə, Çxikvişvili FBİ-nin gizli agentini işə götürməyə cəhd etdikdən sonra hüquq-mühafizə orqanlarının diqqətinə düşüb. O, 2022-ci ildə iki dəfə Nyu-Yorka səfər edib və Bruklində nənəsi ilə qalıb.
 

Çxikvişvilinin özü də əvvəllər Bruklində yaşayarkən bənzər nifrət cinayətləri törətdiyini iddia edib. O, həmçinin 2021-ci ildə nəşr olunan və ağ irq üçün öldürməyə çağıran "Nifrət edənlərin Əl Kitabı" adlı manifestin müəllifi hesab olunur.


Çxikvişvilinin hazırda həbsdə olduğu bildirilir. Onu ABŞ-a ekstradisiya etməyə hazırlaşırlar. Çxikvişvilini 50 ilə qədər həbs cəzası gözləyir.

 

Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR