Ukraynada 24 saat ərzində 343 yanğın baş verib

Ukraynada 24 saat ərzində 343 yanğın baş verib

Son 24 saat ərzində Ukraynanın ekosistemlərində 343 yanğın baş verib.

 

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidmətinin verdiyi açıqlamada qeyd olunub.

 

“Kölgədə havanın temperaturu 35 dərəcədən yuxarıdır. Yanğın qurumuş ağacların arasından sürətlə yayılır. Komandalar yanğının üzərinə su töksə də, yenicə söndürülən yerlərdə belə ağacların kökləri yenidən alışır“, - məlumatda bildirilib.

 

Odessa vilayətində yanğına müdaxilə zamanı cüyür də xilas edilib.

 

Onun müdafiəsiz və qorxmuş vəziyyətdə tapıldığı, soyuq su verildiyi və müalicə olunduqdan sonra meşəyə buraxılacağı qeyd olunub.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR