"Fiorentina"nın futbolçusu İngiltərə klubuna keçdi

"Fiorentina"nın futbolçusu İngiltərə klubuna keçdi

İtaliyanın "Fiorentina" klubunun və Serbiya millisinin müdafiəçisi Nikola Milenkoviç İngiltərə təmsilçisi "Nottingem Forest"ə keçib.

 

Sfera.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə müddəti 2029-cu ilin yayına qədər olan müqavilə imzalanıb.

 

"Transfermarkt" portalının məlumatına görə, serbiyalının transferi İtaliya klubuna 14 milyon avroya başa gəlib.

 

Qeyd edək kiİ, 2023/2024 mövsümündə N.Milenkoviç "Fiorentina" klubunun heyətində meydana çıxdığı 50 oyunda 2 məhsuldar ötürməyə imza atıb.


OXŞAR XƏBƏRLƏR