"Cavanşir" körpüsünün yerində asfaltlanma işlərinə başlanıldı - VİDEO

"Cavanşir" körpüsünün yerində asfaltlanma işlərinə başlanıldı - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Cavanşir” yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yol infrastrukuturunun yaradılması istiqamətində son vəziyyəti açıqlayıb.

 

Qurumdan Sfera.az-a verilən məlumata görə, artıq körpünün sökülmüş hissələrinin ərazidən daşınması yekunlaşıb.

 

Daha sonra ərazidə yararsız qruntun qazılaraq çıxarılması, kommunikasiya xətlərinin köçürülməsi, ardınca əks-dolğu işləri icra olunaraq yeni yol yatağının inşası istiqamətində işlər aparılıb.

 

Layihəyə uyğun olaraq yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yol əsasının inşası da yekunlaşdırılaraq artıq asfaltlanma işlərinə başlanılıb.

 

Aparılan işlər həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat hərəkətini təmin edəcək.

 

Bakının Xətai rayonunun Afiyəddin Cəlilov – Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən uzunluğu 202 m, eni 17 m, 12 aşırımdan ibarət olan "Cavanşir" yolötürücüsü dəmiryolu vasitəsi ilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilib. Sözügedən ərazidə dəmir yolu şəbəkəsinin ləğv edilməsi ilə körpünün əvvəlki əhəmiyyətini itirməsi, həmçinin yolötürücüsünün yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə (A15 və NK 100) cavab vermədiyi nəzərə alaraq təhlükəsizlik baxımından bu qurğunun sökülməsi məqsədəuyğun hesab edilib.

 


OXŞAR XƏBƏRLƏR

“Siyasət hisslər və populizm üzərində deyil, maraqlar və reallıqlar üzərində qurulur” — Deputat

“Son günlərdə sosial şəbəkələrdə və bəzi informasiya resurslarında Azərbaycanın xarici siyasətinə qarşı emosional və səthi yanaşmalar müşahidə olunur. Bu ...

Putin azərbaycanlı qəhrəmanı ölümündən sonra TƏLTİF ETDİ

Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş verən terror aktında insanları müdafiə etməyə çalışarkən həlak olan azərbaycanlı Vüqar Hüs...

Yaşar Gülər, Hakan Fidan və İbrahim Kalın görüşdü

Türkiyə milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın Xarici İşlər Nazirliyind...

“Qarabağ” UEFA reytinqində irəlilədi

Azərbaycan çempionu “Qarabağ” UEFA reytinqində mövqeyini bir qədər də gücləndirib.   Sfera.az Qol.az-a istinadən xəbər verir ki, bu, Ağda...

Tərtər çayında uşaq batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə rayonu, Zümürxan kəndindən keçən hissəsində 1 nəfərin (uşaq) bat...

Televiziya müxbiri canlı yayımdan bir neçə dəqiqə əvvəl qarət edildi

Rio-de-Janeyroda televiziya jurnalisti canlı yayıma az qalmış hücuma məruz qalıb. Hücum Botafoqo rayonunda səkidə, Bandın müxbiri Klara Neri Bora Brasil proqram...