Bu faktorlar da ağciyər xəstəlikləri yaradırmış - Həkim AÇIQLADI

Bu faktorlar da ağciyər xəstəlikləri yaradırmış - Həkim AÇIQLADI

“Adətən iltihabi xarakter daşıyan ağciyər xəstəliklərinin yaranmasında ətraf mühitin mənfi faktorlarının, bununla yanaşı, düzgün olmayan həyat tərzi kimi amillərin böyük rolu var”.

 

Bunu Sfera.az-a açıqlamasında həkim-pulmonoloq Aygül Abbasova deyib.

 

O qeyd edib ki, istehsalat tullantıları, orqanik və qeyri-orqanik tozlar, buxar və qazlar, aktiv və passiv siqaret çəkmək, uşaq yaşlarında təsadüf edilən və sonradan tez-tez müşahidə olunan tənəffüs yollarının xroniki iltihabı, allergiyalar, immun sistemindəki zəiflik, sanitar-gigiyenik qaydalara düzgün riayət olunmaması kimi faktorlar ağciyər xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. “Bu zaman öskürək, halsızlıq, bədən temperaturunun artması, bəlğəmli öskürək kimi şikayətlərlə müraciətlər daha çox olur”, - mütəxəssis əlavə edib.

 

Həkim-allerqoloq Reyhan Paşayeva isə qeyd edib ki, ağciyər xəstəlikləri zamanı adətən öskürək, bəlğəm ifrazı, təngnəfəslik, tənəffüs çatışmazlığı, boğulma, döş qəfəsində sıxıntı, yüksək temperatur, tərləmə, kürək nahiyəsində ağrılar, halsızlıq və bəzi hallarda qan tüpürmə kimi simptomlar müşahidə edilir:

 

“Ağciyər xəstəliklərinə bütün yaş qruplarında rast gəlmək mümkündür. Kişilərdə daha çox ağciyərin xroniki obstruktiv xəstəliyi müşahidə edilir. Çünki kişilərdə əksər hallarda aktiv və ya passiv formada siqaret çəkmək ağciyər xəstəliklərinin yaranmasına gətirib çıxarır. Belə olduqda isə xəstəlik ağırlaşır və tənəffüs çatışmazlığına səbəb olur. Nəticədə, xəstənin nəfəs alıb-verməsi xeyli çətinləşir. Bəzi insanlarda isə toza, tüklərə, kəskin qoxulara, qidalara, müəyyən qrup dərman preparatlarına qarşı allergik həssaslıq çox olur. Bunun özü də ağciyər xəstəliklərinin yaranmasına səbəb olur. Müalicə olunmadıqda isə sonrakı mərhələdə ağırlaşmalara gətirib çıxarır”.

 

Mütəxəssislər bildirirlər ki, müalicə prosesi ilk növbədə profilaktikadan başlayır: “Ağciyər xəstəliklərindən qorumaq üçün əvvəlcə soyuqdəymədən, qrip infeksiyasından, toz və allergiya verə bilən faktorlardan uzaq durmaq, eyni zamanda hava şəraitinə uyğun geyimlər seçmək, zərərli vərdişlərdən uzaq olmaq, düzgün qidalanma qaydalarına riayət etmək, bol maye içmək, artıq çəkidən azad olmaq lazımdır”.

 

Həkim-mütəxəssislər vurğulayıblar ki, vaxtında və düzgün müalicə aparılmasa, ağciyər xəstəlikləri daha da ağırlaşır, xroniki hala çevrilir: “Belə hallarda isə xəstəliyin müalicəsi daha uzun zaman ərzində mümkün olur, fəsadları da daha ağır ola bilər. Ona görə də zamanında həkimə müraciət etmək lazımdır ki, ağırlaşmalar baş verməsin”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Trump bu mühüm kanala da göz dikdi - "ABŞ olmadan..."

ABŞ Prezidenti Donald Tramp, Qrenlandiya və Panama kanallarından sonra Süveyş Kanalına da maraq göstərib. Tramp ABŞ hərbi və ticarət gəmilərinin, bu strateji ka...

Ağacları kəsən şirkət cəzalandırılıb

11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 26 aprel 2025-ci il tarixində keçirilən nəzarət tədbirləri zamanı Nərimanov ray...

Kağız Karton İstehsalat Korporasiyasına mediatur təşkil olunub - FOTOLAR

Azərsun Kağız Karton İstehsalat Korporasiyasına mediatur təşkil olunub.   Təmizlik vasitələri necə istehsal olunur?   Azərsun Kağız Karton...

Netanyahunun Bakıya gələcəyi tarix məlum oldu

İsrail Baş naziri Benyamin Netanyahu mayın 8-də Bakıya səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” nəşri məlumat...

"Böyük Partlayış"a inam azalır - Kainat necə yaranıb?

Elm dünyasının son 60 ildə kainatın başlanğıcını izah etmək üçün əsas götürdüyü "Böyük Partlayış" nəzəriyyəsi öz aktuallığını itirir. Yeni bir nəzəriy...

Pezeşkianın Azərbaycan səfəri nə ilə nətilənəcək?

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərə gəlib. Onu Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. Hazırda isə İlham Əliy...