Prezident Lüksemburqun Baş naziri ilə GÖRÜŞDÜ - FOTO + YENİLƏNDİ

Prezident Lüksemburqun Baş naziri ilə GÖRÜŞDÜ - FOTO + YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciəti əsasında Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, görüşdə ölkələr arasında ikitərəfli əlaqələr müzakirə olunub.

 

Lüksemburqun Baş naziri Azərbaycan və region haqqında daha çox məlumatın əldə edilməsinin və regionun sabitliyinin ölkəsi üçün vacibliyini bir daha vurğulayıb. O, Lüksemburqun regional siyasətinin balanslı xarakter daşıdığını diqqətə çatdırıb.

 

Dövlət başçısı regional proseslər barədə məlumat verərək bölgəyə münasibətdə balanslı siyasətin və bütün tərəflərin mövqeyinə hörmətlə yanaşılmasının önəmini qeyd edib.

 

Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərə toxunularaq, qarşılıqlı hörmət və etimad əsasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu vurğulanıb.

 

Azərbaycan ilə Lüksemburq arasında yüksək texnologiyalar, səhiyyə, investisiyalar, nəqliyyat daşımaları və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Söhbət zamanı Azərbaycanın Avropa İttifaqı və ittifaqa üzv ölkələr ilə çox yaxın əlaqələrə malik olduğu qeyd edilib.

 

Avropa Siyasi Birliyi platformasının müzakirələrin aparılması üçün vacib məkan olduğu bildirilib.

 

Görüşdə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb.

 

Lüksemburqun Baş naziri bu tədbirdə iştirak etmək niyyətində olduğunu diqqətə çatdırıb.

 

***

 

13:02

 

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən, Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


OXŞAR XƏBƏRLƏR

Banqkok hava limanında insident: Sərnişin təyyarədən çıxarıldı - FOTO

Banqkokdan uçan “Thai Lion Air” reysi qəza çıxışının yaxınlığındakı oturacağa keçmək istəyən sərnişinlə yaşanan konflikt səbəbindən təxminən bir saa...

Sabah 37 dərəcə isti olacaq

Azərbaycanda iyunun 28-i havanın yağmursuz keçəcəyi gözlənilir.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat ver...

Baş Prokurorluq kinostudiyadakı partlayışın ilkin ehtimalını açıqladı

“Azərbaycanfilm” kinostudiyası ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan...

Gömrüklə bağlı yeni qadağa: bunu edə bilməcəyəksiniz

“Gömrük məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olundu. Dəyişikliklər borcunun ödənilməsi sahəsində...

İranda çevriliş ehtimalı: Xameneidən sonra hakimiyyətə onlar gələ bilər

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin Ali rəhbəri Əli Xamneidən sonra çevriliş yolu ilə hakimiyyəti ələ keçirə bilər.   Sfera.az Te...

Ermənistan xüsusi təyinatlıları II Qareginin iqamətgahına daxil olublar - VİDEO

Ermənistan hüquq-mühafizə orqanları Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyanı saxlamağa qərar verib.   Sfera.az xəbər verir ki, bu...