YAP-ın təhsildəki namizədləri...- Direktor da var, müəllim də


YAP-ın təhsildəki namizədləri...- Direktor da var, müəllim də

Xəbər verdiyimiz kimi, YAP-ın İdarə Heyəti Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar partiyanın namizədlərini elan edib. Namizədlər sırasında xeyli yeni adlara rast gəlmək olur ki, onların da bir neçəsi təhsil sektorundandır.

 

Sfera.az həmin namizədlərdən bir neçəsini təqdim edir:

 

121 saylı Laçın seçki dairəsindən namizəd olan Muradov Rövşən Şahbaz oğlu iqtisadiyyat üzrə elmlər doktorudur. 1970-ci ildə Bakıda anadan olub.

 

UNEC-in “Menecment” kafedrasının professorudur.

 

4 monoqrafiya, 70-dək elmi-metodiki əsərin müəllifidir. Evlidir, iki övladı var.

 

 

116 saylı seçki dairəsindən deputatlığa namizəd olan Tağıyeva Ədilə Əli qızı da təhsil sektorundandır. O, Qəbələ şəhər 3 saylı məktəbin direktorudur.

 

95 saylı Zərdab - Kürdəmir - Ucar seçki dairəsindən namizəd olan İsmayılova Səliqə Oruc qızı da müəllimdir. O, 1963-cü ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olub. Zərdabda Həsən bəy Zərdabi adına 1 saylı məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısıdır.

 

 

Sumqayıt Dövlət Universitetinin iqtisadi məsələlər üzrə sabiq prorektoru Hacıyev Naib İsmixan oğlu da YAP-ın yeni namizədlərindəndir. Onun namizədliyi 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən irəli sürülüb.

 

 

16 saylı Yasamal ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Mirzəyev Həbib Adil oğlu isə AzTU-da Humanitar fənlər kafedrasının müdiridir. O, 1961-ci ildə Yardımlıda anadan olub. 2001-ci ildən YAP-ın üzvüdür. 

 

 

27 saylı Sabunçu ikinci seçki dairəsindən namizəd olan Qasımova Səbinə Məmmədağa qızı da təhsil sektorundandır. O, Bakıxanov qəsəbəsində yerləşən 271 saylı məktəbin direktorudur. 1986-cı il təvəllüddü namizəd Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur.

 

 

123 saylı Kəlbəcər seçki dairəsindən namizəd olan Əhmədova Aidə Ələsgər qızı da məktəb direktorudur. O, Kəlbəcər rayon 56 nömrəli məktəbin rəhbəridir.

 

Qeyd edək ki, yuxarıda adları çəkilənlər iş yerlərini dəqiqləşdirə bildiyimiz namizədlərdir. Təhsil sektorundan başqa namizədlərin də olması istisna deyil. (Qafqazinfo0)


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...