Gözəlliyini və sərvətini ərinin pələng ehtirasına qurban verən milyarder - FOTOLAR

Gözəlliyini və sərvətini ərinin pələng ehtirasına qurban verən milyarder - FOTOLAR

 

Pələng qadın kimi tanınan 76 yaşlı milyarder Coselin Vildenşteyn şam yeməyi zamanı 49 yaşlı dizayner sevgilisi Lloydun Kleynə qəfil hücum çəkib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Coselin sevgilisini döyməsinin səbəbi Kleynin yemək zamanı sosial şəbəkədə xəbərlərlə maraqlanması olub. Hirsi soyumayan Coselin sevgilisinin üzünü cırmaqlayıb, ərimiş şamın mumunu onun üstünə töküb, üstəlik desert bıçağı ilə iki dəfə sinəsinə vurub. Kleyn dərhal polisə müraciət edib. Məhkəmə cütlüyə bir-birinə 900 metrdən çox yaxınlaşmasına, həmçinin məktublaşamasına və zəngləşməsinə qadağa qoyub. Onların polis məntəqəsində və məhkəmə zalında çəkilən şəkillər bütün dünya mətbuatında yayılıb.

Lakin hekayə burada bitməyib. Keçmiş sevgililər yenidən əlbəyaxa olub. Ötən bazar günü Lloyd öz əşyalarını götürmək üçün Coselinlə uzun illər yaşadığı mənzilə gəlib. Pələng qadın bu zaman evdə olub və dizayneri görən kimi ona yumruqla yenidən hücum edib. Kleyn mənzili tərk edən kimi Coselin öz vəkillərinə zəng edib və bildirib ki, keçmiş sevgilisi özü ilə bir neçə qiymətli əşya aparıb. Kredit kartlarını və iPhone telefonu oğurlamaqda təqsirləndirilən Kleyn dərhal həbs olunub və yalnız vəkillərin müdaxiləsindən sonra böyük girov müqabilində buraxılıb.

Həbsdən çıxdıqdan sonra Kleyn jurnalistlərə açıqlama verib. Modelyer jurnalistlərə keçmiş sevgilisinin həyatının acı təfərrüatlarını danışıb. Dizayner bildirib ki, özü ilə götürdüyü telefon və kredit kartı onun firmasında qeydiyyatdan keçib və onlardan biznes məqsədləri üçün istifadə edir. Bütün hesabları isə son illərdə Coselinin deyil, Kleynin ödədiyi məlum olub.

Modelyerin yaxınlarının sözlərinə görə, Coselin 1999-ci ildə Alek Vildenşteynlə boşandıqdan sonra 2,5 milyard dollar təzminat alıb. O, ərindən aldığı pulların hamısını zinət əşyalarına, qarderobuna və plastik əməliyyatlarına xərcləyib. Elə bu səbəbdən də ömrünün sonuna yaxın müflis olub. Cütlüyə yaxın mənbə bildirib ki, Coselini neçə illərdir ki, Kleyn saxlayır: "Kleyn Coselindən 27 yaş kiçikdir. Buna görə də cəmiyyətdə elə fikir formalaşıb ki, Kleyn guya Coselinin pulları hesabına yaşayır. Əslində, Kleyn çox istedadlı insandır. Coselin isə bu illər ərzində pullarını göyə sovurmaqla məşğul olub və indi pulsuz qalıb. Lloyd onu sevirdi, lakin indi hər şey bitib. Bu yaxınlarda o, xərçəng xəstəliyindən müalicə olunub və bu hekayə onu çox yorub. Kleyn düz üç gecə dalbadal yatmayıb”.

Dizaynerin hekayəsi boş böhtan və özünü qurtarmaq cəhdi kimi görünə bilərdi. Axı bir neçə il ərzində iki milyard yarımı necə xərcləmək olar?! Bununla belə, Kleynin dostları bildiriblər ki, Coselin həmişə bütün pullarını sağa-sola xərcləmək yolunu tapırdı.

Amerikalı jurnalistlər isə Coselinin ödənilməmiş hesablarını tapıb. O, vəkillərinə 124 min dollar, mənzili təmir edən şirkətə isə 98 min dollar borcludur. Xarici KİV-in yazdığına görə, Coselinin indi nağd pulu yoxdur, hətta onun mənzili də kreditləri üzündən çoxdan girov qoyulub.

Mənbələr qadının öz uşaqları, oğlu və qızı ilə də görüşmədiyini bildirib.

Qeyd edək ki, Coselin illər əvvəl ərinin çox sevdiyi pələnglərə bənzəməkdən ötrü plastik cərraha müraciət edib. Qadın müsahibələrinin birində etiraf edib ki, milyarder həyat yoldaşı ehtiraslı ovçu olub və pələngləri sevib. Odur ki, o, ərini təəccübləndirmək və sevgisini qazanmaq məqsədilə öz razılığı ilə çoxsaylı plastik əməliyyatlar keçirib. Lakin nəticədə bütün əməliyyatlar uğursuz alınıb. Ona bu əməliyyatlardan sadəcə, "Pələng qadın” ləqəbi qalıb.

Related image

Ümumiyyətlə, onun bədənində keçirdiyi əməliyyatların sayı-hesabı dəqiq bilinmir. İstədiyi görünüşə sahib ola bilməyən Pələng qadınının nikahını qorumaq təşəbbüsləri boşa çıxıb və milyonçu həyat yoldaşı Alek Vildenşteyn ondan ayrılıb. O, daha sonra L.Klyanla tanış olub. 76 yaşlı Coselinin yeni sevgilisi isə onun bu görünüşünü qəbul edirdi.


OXŞAR XƏBƏRLƏR

Fərid Şahbazlı: “Azərbaycan-Pakistan əlaqələri çətin tarixi sınaqlardan üzüağ çıxıb”

“Pakistanın Baş naziri Şahbaz Şərifin bu gün Bakıya səfəri Azərbaycan-Pakistan əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisədir. B...

Sabah bu universitetlərdə tədris onlayn formada keçiriləcək

Sabah bəzi universitetlərdə tədris ənənəvi, bəzilərində isə onlayn formada aparılacaq.   Sfera.az xəbər verir ki, sabahdan Azərbaycan Texniki Univers...

İkinci kurs tələbəsi faciəvi şəkildə HƏLAK OLDU

Azərbaycan Texnologiya Universitetinin tələbəsi vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda universitetin sosial şəbəkə hesablarında paylaşı...

Vitaminlərin belə istifadəsi bədənə ciddi zərər verir

İmmuniteti gücləndirmək üçün vitaminlərdən həkim məsləhəti olmadan istifadə qış mövsümündə artır. Ancaq balanslı qidalandıqda orqanizmdə vitamin çatışmazlığı ol...

Vaxtı bir neçə dəfə dəyişdirilən oyun axır ki, başladı

Ötən gündən təxirə salınan Azərbaycan Premyer Liqasının XXIV turunun "Zirə" - "Kəpəz" oyunu nəhayət, başlayıb.   Sfera.az xə...

Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa edilir?

Sabahdan etibarən Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar üzrə sadəcə səhər reysləri bərpa ediləcək. &n...