Yunanıstan Akropola girişi qadağan etdi - SƏBƏB

Yunanıstan Akropola girişi qadağan etdi - SƏBƏB

Yunanıstan ölkəyə gələn turistlərin sevimlisi olan tarixi Akropolu bu gün saat 12.00-17.00 arasında ziyarətçilərə bağlayıb.

 

Sfera.az bildirir ki, buna səbəb isti hava olub. Belə ki, Yunanıstan Mədəniyyət Nazirliyi qeyd edib ki, ölkədə həddindən artıq istilər səbəbilə işçiləri qorumaq üçün qabaqlayıcı qərarlar alınıb. Eyni zamanda, Parthenon məbədinin yerləşdiyi Akropolun da ziyarətçilərə bağlı olacağı açıqlanıb.

 

Burada havanın həftə sonuna qədər 43 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Bu səbəbdən Yunanıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 16-19 iyul tarixləri arasında dövlət və özəl sektorda çalışan bütün işçilər üçün xüsusi ehtiyat tədbirləri görməyə qərar verib:

 

“Üç gün ərzində saat 12.00-17.00 arasında havanın temperaturu 40 dərəcədən yuxarı qalxarsa, açıq havada tikinti, kuryer xidmətləri və məhsul daşınması kimi işlər dayandırılacaq”.

 

Sözügedən ölkədə çərşənbə və cümə axşamı isə 38 dərəcədən yuxarı temperaturda gəmiqayırma zavodlarında işlərin dayandırılması tələb edilib. Bu qaydalara əməl etməyən işəgötürənlərin hər işçi üçün 2 min avro cərimələnəcəyi açıqlanıb.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR