AZAL Füzuliyə uçuşlara başlayır

AZAL Füzuliyə uçuşlara başlayır

Bu gündən "Azərbaycan Hava Yolları" QSC Bakıdan Füzuliyə müntəzəm reyslərin həyata keçirilməsinə başlayır.

 

Sfera.az AZAL-a istinadən xəbər verir ki, uçuşlar çərşənbə və şənbə günləri Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2-dən həyata keçiriləcək.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən biletlərin qiyməti bir tərəfə 78 manat təyin edilib. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir.


OXŞAR XƏBƏRLƏR