Lisztomaniya xəstəliyi nədir və adını kimdən alıb? - ARAŞDIRMA

Lisztomaniya xəstəliyi nədir və adını kimdən alıb? - ARAŞDIRMA

Əgər musiqiyə sonsuz sevginiz varsa, musiqi dinləmədən dayana bilmir və yanınızda qulaqlıq olmayanda əsəbiləşirsinizsə, ehtimal ki, sizdə Lisztomaniya sindromu var.

 

Sfera.az xəbər verir ki, Lisztomania çağımızda çox tez-tez rast gəlinən, lakin adı əksər insanlar tərəfindən bilinməyən bir psixoloji pozğunluqdur. 

 

Belə ki, Lisztomania davamlı - evdə, işdə, çöldə gəzərkən, məktəbdə, idman edərkən və ya hətta dərs oxuyarkən musiqi dinləmək ehtiyacı xəstəliyi kimi tanınır. 

 

Bu sindromun adı Macarıstan bəstəkarı Franz Liszt ilə bağlıdır. Frans Liszt yeddi yaşında pianino, skripka, violonçel və gitara ifa edib, Cozef Haydn, İohan Nepomuk Hummel və Lüdviq van Bethoveni şəxsən tanıyan, musiqiçi olan atası Adam Lisztdən fortepiano dərsləri alıb. On bir yaşında Franz Liszt artıq musiqi bəstələyir və konsertlərdə çıxış edirdi. 1839-cu ildə Liszt növbəti səkkiz il ərzində davam edən geniş Avropa turuna başlayıb. Bu müddət Lisztin pianinoçu kimi zirvəyə çatdığı dövrdür. O, turları zamanı çoxlu mükafatlar əldə edib. Ona sevənləri tərəfindən xüsusi maraq var idi.  Pərəstişkarları onun portretini broşlarına taxırdılar. 

 

Lisztomania terminini isə yazıçı Henrix Heyne Liszt və onun çıxışlarını müşayiət edən emosiyaların yayılmasını təsvir etmək üçün istifadə edib. 5 aprel 1844-cü ildə Parisdə yazdığı "1844-cü ilin musiqi mövsümünə baxış"da Lisztomania terminindən ilk dəfə istifadə edib.

 

Qeyd edək ki, musiqini dinləyərkən içində olduğumuz mühit, ətrafımızdakı insanlar və o an kədərli və ya xoşbəxt olmağımız hisslərimizə təsir etməkdə böyük rol oynayır. Bütün bunlar bir araya gəldikdə, beynimiz bu düşüncələri saxlamağa başlayır. 

 

Ağıl vizual və eşitmə məlumatlarını saxlayır və bəzi hallarda eyni mahnı yenidən səsləndirildikdə, bu qeydə alınmış məlumat o an nə hiss etdiyinizi ağlınıza gətirə bilər. Lakin yaxşı ki, bu, həmişə belə olmur. Yəqin ki, belə olsaydı, mahnılar dözülməz olardı.

 

Digər tərəfdən, musiqi bədən və ruh sağlamlığına müsbət təsir edir.  Psixoloji xəstəliklərin sağalmasına kömək edən musiqi ürək xəstəliklərinin müalicə prosesini də müsbət cəhətdən sürətləndirə bilər. Musiqi ürək ritmini normallaşdırır, qan təzyiqini tənzimləyir. Ən yaxşı ağrıkəsici vasitə olan musiqi ağrıları aradan qaldırmaq və yüngülləşdirməkdə mühüm rol oynayır. Musiqi immunitet sisteminizdə mühüm rol oynayan bir hüceyrənin miqdarını artıra bilir. Araşdırmaların sübut etdiyi faktlardan biri də musiqi dinləməyin öyrənmək istədiyimiz məlumatı oxuyarkən onun yadda saxlanılmasına kömək etdiyidir. Buna “motsart təsiri” də deyilir. Dərs zamanı klassik musiqi dinləmək tələbələrə daha asan öyrənməyə imkan yaradır. Musiqi dinləmək insanı sakitləşdirir və qəzəbini azaldır. Musiqi asan yuxuya getmək və digər yuxu problemləri üçün də mükəmməl bir həlldir.

 

Hər şeyin mənfi cəhəti olduğu kimi həddindən artıq musiqi dinləməyin də fəsadları var. Dünya Səhiyyə Təşkilatı hər il milyardlarla insanın ağıllı telefonlarda və daşına bilən musiqi alətlərində yüksək səslə musiqi dinlədiyi üçün karlaşma təhlükəsi ilə üzləşdiyini bildiriblər. Belə ki, 8 saat 85 desibeldən çox, 15 dəqiqə 10 desibeldən çox səsə məruz qalan insanlar karlıq təhlükəsi ilə daha çox üzləşirlər. Mütəxəssislər qulaq hüceyrələrinin sinir hüceyrələri olduğunu və ölən hüceyrələrin yenilənmədiyini deyirlər. Əgər Lisztomania sindromunuz varsa, narahat olmayın, musiqi dinləməkdən zövq alın, lakin dozasını aşmamağa da diqqət göstərin.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR