YAP sabah toplanır- Namizədlər bilinəcək
Siyasət
21:00 / 16.07.2024
11561
Yeni Azərbaycan Partiyasının İdarə Heyəti sabah toplanır.
Sfera.az məlumatına görə, partiyanın qərargahında keçiriləcək vacib iclasın səbəbi növbədənkənar parlament seçkiləridir.
İclasda YAP-ın bu seçkilərə hansı namizədlərlə gedəcəyi müəyyənləşəcək.
Hakim partiyanın sabiq deputatlarının bu seçkilərdə iştirak edib-etməyəcəyi də maraqla gözlənilir.