Azərbaycan Rusiyanın zərbələrinə cavab hazırlayır - ŞOK İDDİA

Azərbaycan Rusiyanın zərbələrinə cavab hazırlayır - <span style="color:#ff0000">ŞOK</span> <span style="color:#ff0000">İDDİA</span>
Kateqoriya məlum deyil10.08.25, 21:03278 👁️
T

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. Danışıq zamanı Rusiya silahlı qüvvələrinin Ukraynada Azərbaycan qazının nəql olunduğu qaz infrastrukturu və Odessadakı SOCAR neft bazasına zərbələr endirməsi məsələsi müzakirə edilib.

 

Sfera.az Caliber.Az-a istinadən xəbər verir ki, ölkə liderləri Rusiya silahlı qüvvələrinin bu hərəkətlərinə qarşı narazılıqlarını bildiriblər. Belə ki, əgər Rusiya Azərbaycanın maraqlarına qarşı aqressiv siyasətini davam etdirərsə, rəsmi Bakı öz arsenalında olan silahların Ukraynaya tədarükünə qoyulmuş embarqonun ləğvi məsələsini nəzərdən keçirməyə başlayacaq.

 

Qeyd edək ki, Rusiya silahlı qüvvələri Ukrayna ərazisindəki Azərbaycana məxsus enerji obyektlərinə ardıcıl zərbələr endirməyə başlayıb. Bu vəziyyət Bakını cavab tədbirləri görməyə məcbur edir. Bütün bunlar ikitərəfli münasibətlərdəki böhranın daha da dərinləşməsinə səbəb olacaq.

 

Xatırladaq ki, 7-8 avqust 2025-ci il gecəsi Rusiya qoşunları Ukraynanın Odessa vilayətindəki Azərbaycanın SOCAR şirkətinə məxsus neft bazasına hücum edib. Rusiya SOCAR neft bazasına beş “Şahid” zərbə dronu göndərərək yanğına səbəb olub və dizel boru kəmərini zədələyib. Şirkətin dörd əməkdaşı ağır yaralanıb. Bu, son həftələr ərzində Azərbaycanla əlaqəli Ukraynadakı obyektlərə qarşı ikinci hücumdur. Daha əvvəl Orlovka yaxınlığındakı qazpaylayıcı stansiya hədəf alınmışdı ki, bu da 28 iyun tarixində Ukraynaya Azərbaycan qazının nəqlinə başlayan Transbalkan qaz kəmərinin əsas elementidir.

PAYLAŞ
Sehliyali
Yüklənir...