Aşura günü ilə bağlı “Təzəpir” məscidində qanvermə aksiyası keçirilir

Aşura günü ilə bağlı “Təzəpir” məscidində qanvermə aksiyası keçirilir

Aşura günü ilə bağlı “Təzəpir” məscidində qanvermə aksiyası keçirilir.


Sfera.az xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunda baş tutan qanvermə aksiyasında iştirak etmək üçün gələnlər arasında Elm və Təhsil Nazirliyinin, "ASAN xidmət"in, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müxtəlif qeyri-hökumət təşkilatlarının (QHT) könüllüləri də var.

 

Bu il aksiyalar Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi ünvanlarda (ali təhsil müəssisələri, xəstəxana, məscid və ziyarətgahlar) təşkil edilir. Sevindirici haldır ki, İslam dünyası üçün nümunə olan aksiyaya ildən-ilə maraq artır, Aşurada qan donorluğu təşəbbüsü cəmiyyətdə geniş dəstək qazanır. Qan vermək sağlamlığımıza faydalı olmaqla yanaşı, hemofiliyalı və talassemiyalı xəstələrin, həmçinin qana ehtiyacı olan insanların həyatını xilas edir.

 

Qeyd edək ki, Azərbaycanda ötən il Aşura ilə əlaqədar 16 ünvanda keçirilən qanvermə aksiyasının əhatə dairəsi bu il genişləndirilərək 35-ə çatdırılıb.

 

Bu il qanvermə tədbirləri aşağıdakı ünvanlarda təşkil olunub:

 

Bakı şəhəri üzrə:

l. Yasamal rayonu “Təzə Pir” məscidi;
2. Nəsimi rayonu “Əjdərbəy” məscidi;
3. Səbail rayonu “Bibiheybət” məscid ziyaratgahı;
4. Xəzər rayonu “Mir Mövsüm Ağa” ziyarətgah kompleksi;
5. Nizami rayonu “Sahib-Əz-Zaman” məscidi;
6. Nizami rayonu Keşlə qəsəbəsi “Şah Abbas” məscidi;
7. Suraxanı rayonu “Qaraçuxur” məscidi;
8. Binəqədi rayonu “İmam Əli” məscidi

 

Regionlar üzrə:

 

l. Gəncə şəhər “İmamzadə” məscid ziyarətgah kompleksi;
2. Sumqayıt şəhər “Cümə” məscidi;
3. Lənkəran şəhər “Böyük Bazar” məscidi;
4. Masallı şəhər “Cümə” məscidi;
5. Mingəçevir şəhər “Heydər” məscidi;
6. Şəki şəhər “İmam Əli” məscidi;
7. Şirvan şəhər məscidi;
8. Bərdə şəhər “İmamzadə” ziyarətgah məscidi;
9. Quba şəhər “Ərdəbil” məscidi
10 Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi;
11.Xaçmaz şəhər məscidi;
12.Salyan şəhər Mərkəzi “Hacı Tağı” məscidi

 

Firuzə


OXŞAR XƏBƏRLƏR