NİİM-dən sürücülərə MÜHÜM MÜRACİƏT: "Bu hallara yol verməyin!"

Bəzən qəza hadisələri baş verdikdə yollarda xüsusi sıxlıq müşahidə olunur. Belə ki, bəzi sürücülər avtomobili saxlayıb hadisəni mobil telefonla qeydə alırlar. Nəticədə bu, həm müvafiq qurumların işinə mane olur, həm də digər sürücüləri ləngidir.
Bununla bağlı Sfera.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən açıqlama verilib.
Qurum sözügedən halların tez-tez yaşandığını vurğulayıb:
“Belə olan halda, istər qəzanın baş verdiyi istiqamətdə, istərsə də digər zolaqlarda yolda ciddi sıxlıq yaranır. Bu da bəzən yanğından mühafizə, polis, təcili tibbi yardım və qəza-xilasetmə bölmələrinin avtomobilinin hadisə yerinə vaxtında çata bilməməsi ilə nəticələnir”.
Qurum həmçinin bu istiqamətdə sürücülərə də müraciət edib: “Həm sıxlığın yaranmaması, həm də qəza zamanı lazımi şəxslərin hadisə yerinə vaxtında gəlməsi üçün bu kimi hallara yol verilməməlidir”.
Günay