Ulduzlar 16 iyul üçün bəzi bürclərə XƏBƏRDARLIQ EDİR!

Ulduzlar 16 iyul üçün bəzi bürclərə XƏBƏRDARLIQ EDİR!

Astroloji proqnoza uyğun günlərini planlayanlar kifayət qədərdir.

 

Sfera.az belə şəxsləri nəzərə alaraq 16 iyulun ulduz falını təqdim edir:

 

Qoç - Bu gün maddi problemi olan dostunuz sizdən pul istəyə bilər. Buna görə əsəbiləşməyin.  Eyni zamanda münasibəti olanlar müəyyən mübahisələr yaşayacaq. Səbəb isə sizin qısqanclığınızdır.


Buğa - Gördüyünüz, lakin heç vaxt danışmadığınız biri ilə tanış olub yaxşı dostluğun təməlini qoya bilərsiniz. Çünki ortaq cəhətlərinizi kəşf edəcəksiniz. 


Əkizlər - Emosional olaraq çox tez dəyişirsiniz. Rutin həyat sizin üçün deyil. Bu gün də həmin günlərdən olacaq. Gah enerjili, gah durğun olacaqsınız.


Xərçəng - Bu gün enerjiniz yüksəkdir, lakin buna baxmayaraq, sizə lazım olan işləri görmürsünüz. Dost dəvətində iştirak edə bilərsiniz. Hiss etdiyiniz qəribə yorğunluq səbəbindən hamıdan uzaq olmaq istəyirsiniz.


Şir – Bəzi şeyləri gizli saxlasanız yaxşıdır. Xüsusilə bu, əmlak məsələlərinə aiddir. Ətrafınıza bu barədə çox şey söyləməyin, səhv başa düşülə bilər. 


Qız - Heç kimə məzmununu yaxşı bildiyiniz mövzularda danışmaq haqqı vermirsiniz. Əslində bu məsələlərdə sözünüzü kəsənlərə qarşı ciddi qəzəblənirsiniz. Bu gün bir az daha dözümlü olun. Bəzi məsələlərə hələ də şübhə ilə yanaşmaq yaxşı deyil.


Tərəzi - Aktiv ictimai həyatınız olduğundan yalnız sizə aid olan zamanlardan tez sıxılırsınız. Bu gün yaxın dostlarınızla xoş saatlar keçirə bilərsiniz.


Əqrəb - Böyüklərinizlə vaxt keçirmək istəyirsiniz, amma bu mühitdə belə işinizlə bağlı həll edə bilmədiyiniz problemləri düşünürsünüz. Hər şeyi zamana buraxın. 


Oxatan - Bu gün istədiyiniz kimi aktiv ola, insanlarla xoş vaxt keçirə bilərsiniz. Bu arada yeni insanlarla tanış olmaq imkanınız yarana bilər.  Sevdiyiniz şəxsin xəbərdarlıqlarına qulaq asın.


Oğlaq - Bu gün işdə sizi çox narahat edən problemi düşünürsünüz. Bu isə görəcəyiniz digər işlərlə bağlı fikrinizi yayındırır. Bir az diqqətli olun.


Dolça - Dostunuzla görüşmək üçün verdiyiniz sözü unutmayın. Çünki insanlar sizin mehriban davranışlarınızdan təsirlənir və bir yerdə olmaq istəyirlər, amma bu gün bir az əsəbisiniz.


Balıqlar - Yaxın dostlarınızla xoş vaxtlar keçirərkən, sizi sıxan məsələləri unutmaq üçün fürsətlər tapa bilərsiniz. Sadə münaqişələrə görə söz-söhbətlər ola bilər, amma siz buna fikir verməyin. Doyunca əylənin.

 

Türkan


OXŞAR XƏBƏRLƏR