DİN-dən bu şəxslərə XƏBƏRDARLIQ: "Ciddi tədbirlər görüləcək” - VİDEO

DİN-dən bu şəxslərə XƏBƏRDARLIQ: "Ciddi tədbirlər görüləcək” - VİDEO

Su polisi Xəzərdə brokonyer əməliyyatı keçirib.

 

DİN-in mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Xəzər dənizinin Hövsan qəsəbəsi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan İlham Heydərov saxlanılıb.

 

Bildirilib ki, yoxlama zamanı ondan “Yamaha” mühərriki ilə təchiz edilmiş qayıq, sintetik sapla toxunmuş qanunsuz balıq ovunda istifadə olunan tor, digər qadağan olunmuş balıqovlama alətləri və 96 ədəd kefal balığı aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

“Araşdırma zamanı bu şəxsin su bioresurslarından qanunsuz istifadə etməsi nəticəsində ekologiyaya 1056 manat maddi ziyan vurduğu müəyyən edilib. Faktla bağIı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar aparılır”, - qurum əlavə edib.

 

DİN həmçinin xatırladıb ki, hazırda balıqların kürü verən vaxtı olduğu üçün balıqovlama mövsümü sentyabr ayına qədər dayandırılıb:

 

“Bütün qadağalara baxmayaraq, xüsusən körpə balıqların qanunsuz ovlanması hallarına hələ də rast gəlinməkdədir. Qeyd edilən qanunsuz əməllərə yol verən brokonyerlərə xəbədarlıq edilərək bildirilir ki, onlar barəsində cinayət və inzibati qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək”.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR