Dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Qubada dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Bildirilib ki, qurumun"112" qaynar telefon xəttinə Quba rayonunun Qəçrəş kəndi ərazisində bir nəfərin dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunublar.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, qayalıq ərazidə gəzintidə olan şəxs hündürlükdən yıxılaraq təxminən 40 metr dərinliyi olan dərəyə düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.

 

Yanğınsöndürən-xilasedicilər polis əməkdaşları ilə birgə bədən xəsarətləri alan şəxsə müvafiq köməklik göstərərək, xüsusi vasitələrin köməyi ilə dərədən təxliyə edib təcili tibbi yardım briqadasına təhvil veriblər.


OXŞAR XƏBƏRLƏR

Azər Yusifzadə vəfat etdi - FOTO

  Respublika Klinik Xəstəxanasının həkimi dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, xəstəxananın həkim-ümumi cərrahı Azər Yusifzadə ...

Şüa yerinə hüceyrə: Gələcəkdə xərçəng müalicəsi dəyişəcək

Elm və texnologiyada baş verən sürətli inkişaflar yaxın illərdə bir sıra ağır xəstəliklərin müalicəsini mümkün edə bilər.    Sfera.az xəbər veri...

Rusiyanı dayandırmaq mümkün olmur - Sanksiyalar fayda vermir

Ukrayna cəbhəsində Rusiya zəif də olsa irəliləyir. Qərbin bütün sanksiyalarına baxmayaraq Rusiyanı dayandırmaq hələ də mümkün olmayıb. Dünən açıqlanan məlumata ...

Dövlət qulluğu imtahanı keçiriləcək – BU TARİXDƏ

Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il avqustun 3-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qrupl...

Zəngəzur dəhlizi reallaşır - İran və Ermənistan münasibətləri necə olacaq?

İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmağa davam edir. Ermənistan Baş naziri Nikol Paşinyandan sonra prezident Vaaqn Xaçaturyan da dəhlizin vacibliyini v...

“Qarabağ”ın “Şkendiya” ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şkendiya” ilə oyunlarının vaxtı müəyyənləşib.   Sfera.az xə...