Bakıda baxımsız qalan 15 günlük körpə xilas edildi

Hadisə
18:12 / 15.07.2024
6307
İaşə obyektində köməksiz vəziyyətdə olan 15 günlük körpə xilas edilib.
Bununla bağlı Sfera.az-a Ailə Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, dövlət komitəsinə daxil olan telefon zəngi operativ olaraq aidiyyatı qurumlarla birlikdə araşdırılıb.
Nəticədə Nəsimi rayonu ərazisində iaşə obyektində köməksiz vəziyyətdə olan 15 günlük körpənin həyatı xilas olunub.
Araşdırmalar davam etdirilir.