“Trampın təhlükəsizlik xidməti ciddi səhvlərə yol verib” - Yeltsinin mühafizəçisindən AÇIQLAMA
İyulun 13-də sui-qəsdə məruz qalan və bunun nəticəsində yaralanan Amerikanın 45-ci prezidenti və hazırda prezidentliyə namizəd olan Donald Trampın təhlükəsizlik xidməti ciddi səhvlərə yol verib.
Sfera.az xəbər verir ki, bunu sui-qəsd faktını “Lenta.ru” saytına şərh edən zaman Rusiyanın birinci prezidenti Boris Yeltsinin təhlükəsizlik xidmətinin rəhbəri olmuş Aleksandr Korjakov bildirib.
Korjakov təhlükəsizlik xidmətinin səhvini açıqlayıb. Onun fikrincə, əsas səhv əraziyə cəlb edilən təhlükəsizlik xidməti əməkdaşlarının sayının az olmasıdır:
“İnsanların sayını nəzərə alsaq, görürük ki, hücumun baş verdiyi tədbirdə təhlükəsizlik işçilərinin sayı az olub. Ərazidə təhlükəsizlik məqsədilə cəmi iki snayper var idi və əlbəttə ki, orada bir adam atəş açdıqda polis pis hərəkət edib. Ərazidə Trampın məxfi xidməti fəaliyyət göstərib, onların da sayı kifayət qədər olmayıb. Belə böyük tədbir zamanı daha çox snayper olmalıdır. Onlar fiziki olaraq bütün məkanı əhatə edə bilmədilər”.
Xatırladaq ki, iyulun 13-də baş verən sui-qəsdin törədicisi Trampın çıxış etdiyi tribunadan 140 metr kənarda məhv edilib. Daha sonra öldürülən şəxsin evində və avtomobilində partlayıcı qurğular tapılıb. Tramp isə bildirib ki, məxfi xidmət ilk cəhddə atəş açanı öldürməkdə fantastik iş görüb.
Vasif