Estoniyanın Baş naziri İSTEFA VERDİ
Siyasət
14:51 / 15.07.2024
6605
Estoniyanın Baş naziri Kaia Kallas istefa verib.
Sfera.az bildirir ki, bu barədə Estoniyanın “ERR” nəşri məlumat yayıb.
Qeyd olunub ki, onunla birlikdə növbədənkənar iclasda bütün hökumət də istefa verib.
"Bazar ertəsi səhər saat 8:30-da Kaia Kallasın başçılıq etdiyi hökumət növbədənkənar iclasa toplaşdı və orada Baş nazir və onunla birlikdə bütün hökumət istefa verdi", - nəşr qeyd edib. Bildirilib ki, Kaia Kallas hökumətin təyinatına qədər əvvəlki vəzifələrini icra edəcək.
Qeyd edək ki, Kaia Kallas Avropa diplomatiyasının rəhbəri postunda Cozef Borreli əvəz etməyə hazırlaşır.
Günay