Çeçenistanda qaz balonları partladı, beş nəfər öldü

Hadisə
14:22 / 15.07.2024
6124
Çeçenistanda tikinti sahəsində baş verən partlayış nəticəsində beş nəfər ölüb, 26 nəfər yaralanıb.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Partlayış İtum-Kalinski rayonunun Başin-Kali kəndində tikinti sahəsində baş verib.
İlkin məlumata görə, qaz balonları partlayıb.