"Bəy düşünür ki, gəlinin saçının pulunu necə ödəyim?"

"Peşmançılıq çəkməməmk üçün çoxlarına söz qaytarmıram. Buna görə məni zəif bilməsinlər. Sadəcə, abır-həyamı gözləyirəm”.

Bu sözləri müğənni Niyam Salami "ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib. 

Sənətçi ünvanına deyilən "Onu mən müğənni etdim” sözlərinə sərt cavab verib:

"Mənə kömək edən yeganə insan Nailə Mirməmmədlidir. Heç vaxt yaxşılığını başıma qaxınc etməz. Belə böyük adam köməyini dilə gətirmirsə, başqalarının deməyi gülməlidir".

N.Salami son günlər şou-proqramın zəif olmasından şikayətlənib. O, restoranda oxuyan müğənniyə hörmət qoyulmadığını bildirib:

"Neçə il bundan əvvəl restoranda işləyirdim. İlk şou Aygün Kazımovanın olub. Azər Mirzəyevlə Gülşən Qurbanova aparıcı idi. Heyran qalmışdım ki, necə gözəl şoudur. Ora həvəslə gəlirdilər, əsl şou idi. İndi yoxdur, fonoqramdı hamısı. Şou üçün səhnə lazımdır. Saat 8-ə qədər nə yedin yedin, ondan sonra səhnə açılır, meyvə, içkilər olmalıdır, oturub ifalara qulaq asmalısan. Bizdə müğənni oxuyanda biri lülə qışqırır, digəri hesab istəyir, fit çalır, tum çırtlayır. Bizdə belə şeylər cılızlaşıb. Müğənnilərin çoxu da həvəsdən düşüb. Məcburuq kanallara çıxaq, oxuyaq, toy tutaq. Səhnə yoxdur.

Bütün toylarımız dünyada birincidir. Amma axşam bəy-gəlin evinə gedəndə əliboş qalır. Bir toya 30-40 min pul qoyurlar. Bəs yeni evlənən bal ayına getmək istəyir, ev almaq arzulayır, necə olacaq? Toydan sonra bəy düşünür ki, gəlinin saçının pulunu necə ödəyim? Qohumu toya dava salmağa yox, pul yazdırmağa, köməyə dəvət edirirk"./axsam.az/

OXŞAR XƏBƏRLƏR

Bakıda yoldakı vəziyyət sürücünü maddi ziyana saldı - FOTO

Bakıda yolda yaranan vəziyyətə görə sürücünün maşını xarab olub.   Sfera.az bildirir ki, sürücü Binəqədi qəsəbəsi üçüncü mədən küçəsi ilə hərəkətdə o...

Şeyxülislam: “İrəvanda məscidlərimizi bərpa edəcəyik”

"Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir".   Sfera.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlma...

Rusiya aeroportunda 50-dən çox aviareys təxirə salındı

Rusiyanın Sankt-Peterburq şəhərinin “Pulkovo” aeroportunda 50-dən çox aviareys təxirə salınıb.   Sfera.az xarici KİV-ə istinadən xəbər v...

"Fənərbağça" və "Beşiktaş" onun üçün yarışır

Türkiyənin “Fənərbağça” və “Beşiktaş” klubları “Milan”ın cinah hücumçusu Noa Okaforu transfer etməkdə maraqlıdır.   ...

Rəqsanədən boşanma iddialarına CAVAB: "Ayrıldıq səninlə, boşandıq BİTDİ" - VİDEO

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla boşanma iddialarına cavab verib.   Sfera.az xəbər verir ki, o, bu barədə video çəkd...

Azərbaycanda növbəti torpaq hərracları ELAN EDİLDİ

Avqustun 6-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Azərbaycanın regionlarında 3 torpaq müsabiqəsi və 16 hərrac keçirəcək. &n...