Azərbaycan əhalisi mülkiyyətdən nə qədər gəlir əldə edir? - RƏQƏMLƏR

Azərbaycan əhalisi mülkiyyətdən nə qədər gəlir əldə edir? - RƏQƏMLƏR

Azərbaycan əhalisinin mülkiyyətdən əldə etdiyi gəlirlərin ay ərzində adambaşına düşən məbləği 2024-cü ilin birinci rübündə 1 manat 28 qəpik olub. 


Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2015-2019-cu illərlə müqayisədə son illərdə əhalinin mülkiyyətdən əldə etdiyi gəlirlər xeyli azalıb. 


Mülkiyyətdən gəlirlərin adambaşına düşən məbləği ən yüksək həddə 2018-2019-cu illərdə çatıb. Həmin illərdə mülkiyyətdən adambaşına aylıq gəlir 2,5 manat olmuşdu. Amma sonrakı illərdə bu mənbə üzrə gəlir azaldı və 2021-ci ildə 1,1 manata düşdü.


Qeyd edək ki, əhalinin mülkiyyətdən gəliri dedikdə banka qoyulan əmanətlərdən və borca verilən vəsaitlərdən, hər hansı bir işə yatırılan investisiyalardan, daşınmaz əmlakın (ev, mənzil, bağ evi, qaraj, torpaq sahəsi və s.) və ya digər əmlakın (nəqliyyat vasitələri və s.) icarəyə verilməsindən, istiqrazlardan və ya başqa qiymətli kağızlardan əldə olunan gəlirlər, o cümlədən dividendlər başa düşülür.


Son illərdə daşınmaz əmlakın icarə qiymətlərində artım olsa da əmanət faizlərində azalma əhalinin mülkiyyətdən əldə edilən gəlirlərini azaldıb. Mülkiyyətdən gəlirlərin çox hissəsi şəhər yerlərində qazanılıb. Şəhər yerlərində bu növ gəlirlər adambaşına 1,6 manat olub. Kənd yerlərində isə 0,8 manat təşkil edib. 


Ümumilikdə, əhalinin aylıq adambaşına düşən gəlirlərində mülkiyyətdən gəlirlərin payı 0,3 faiz olub. 


Mülkiyyətdən ən yüksək gəliri Bakı şəhərində yaşayanlar əldə edir. Burada 2023-cü ildə adambaşına düşən aylıq gəlir 2,6 manat olub. Naxçıvan və Qazax-Tovuz bölgəsində isə bu məbləğ cəmi 0,1 manatdır. 


Vasif


 


OXŞAR XƏBƏRLƏR

Pediatr 9 günlük körpəni pulla alıb

Türkiyənin Kuşadası rayonunda pediatr işləyən həkim, doğuş edən qadının 9 günlük körpəsini pul qarşılığında alaraq evinə aparıb.   Sfera.az xəbər ver...

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi g...

Kişilər bu səbəbdən xəyanət edir – ARAŞDIRMA

Son illərdə aparılan psixoloji və sosioloji araşdırmalar nəticəsində kişilərin xəyanət etmə səbəbləri üzə çıxarılıb. Araşdırmalara görə, kişilərin xəyanət etməs...

"Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir" - Suriyalı nazir

Dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edilməsi bizim üçün böyük xoşbəxtlikdir. Sfera.az xəbər verir ki, bunu Suriyanın ener...

"Qalatasaray" "Latsio" ilə üz-üzə

Türkiyənin futbol nəhənglərindən olan "Qalatasaray" bu gün yoxlama görüşündə İtaliyanın "Latsio" klubu ilə üz-üzə gələcək.   Sfer...

Azərbaycan hava məkanı Ermənistan üçün açıqdır?

Azərbaycanın hava məkanı nəzəri cəhətdən Ermənistandan gələn mülki təyyarələr üçün açıqdır, lakin onlar oradan uçmurlar.   Sfera.az xəbər verir ki, b...